Loading...
Loading...
Şou

Şəbnəm və Tolikdən Təranə Qumrala sərt sözlər… – “Qələt edir! Yalançı, alça alıb…”

Son günlərdə kiloqramı 720 manata satılan alça ölkədə ciddi müzakirələrə səbəb oldu. Amma bundan daha çox səs-küy yaradan isə müğənni Təranə Qumralın qızı üçün 720 manatlıq alça aldığını açıqlaması oldu.

Metbuat.az xəbər verir ki, gecə saatlarında sosial şəbəkədə canlı yayımda olan prodüsser Tarix Əliyev müğənnini tənqid edib:

“Mən eşitmişəm ki, Təranə Qumral qızına 720 manata alça alıb. Təranənin 720 manata toya getdiyini bilmirəm. Amma 720 manat alçaya veribsə, ona ar olsun. O, 720 manatı gedib 10 ailə üçün qəşəng bazarlıq edib, savab qazana bilərdi. Görməmişlik etməyin! Alça almaqla deyil ki, səviyyə başqa şeydi. Səviyyəni almaq olmur!”.

Tolikin bu sözlərinə münasibət bildirən digər müğənni Şəbnəm Tovuzlu belə bir şərh yazıb: “Öldüm gülməkdən… Qələt edir! Yalançı, alça alıb…”.

Tolik isə Şəbnəmlə razılaşdığını söyləyib:

“Şəbnəm, ölürlər yekəbaşlıq etmək üçün. Ay aman, evimdə 720 manatlıq alça var… Allah bizim bəzi müğənnilərə ağıl versin!”

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button