2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sərhəd insidentinə AB və Rusiyadan reaksiyalar


Avropa Birliyi və Rusiya iyulun 12-13-də Azərbaycan və Ermənistan sərhədində baş vermiş insidentlə bağlı bəyanatlar veriblər. Ağır silahların istifadə olunduğu insident zamanı Azərbaycan tərəf 4 əsgərinin öldüyünü, 5 hərbçinin yaralandığını bildirir.

Ermənistan tərəf itki vermədiyini açıqlayıb.

“Avropa Birliyi tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradacaq hərəkət və ritorikadan çəkinməyə, vəziyyətin daha da qızışmaması üçün dərhal tədbirlər görməyə çağırır. Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün mövcud mexanizmdən, ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsinin başçılıq etdiyi formatdan istifadə etməlidirlər. Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin bərpasının mümkün qədər tez bərpasının vacibliyini göstərir”, – AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı sözçüsü Peter Stano-nun adından yayılmış bəyanatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

“AB tərəfləri atəşkəsə sərt şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar aparmağa, əhalini sülhə hazırlamağa çağırır”, – bəyanatda vurğulanır.

 

Rusiya XİN narahatdır

Rusiyanın Xarici İşlər Nazirliyi isə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahatlıq bildirir. Qurum iyulun 13-də yaydığı bəyanatda döyüş əməliyyatlarının davam etdiyini, artilleriyadan istifadə olunduğunu, ölənlərin və yaralıların olduğunu bildirir.

Rusiya XİN ölənlərin yaxınlarına başsağlığı verərək bildirir ki, “vəziyyətin regionda təhlükəsizliyə təhlükə yaradacaq səviyyədə qızışması qəbuledilməzdir”.

“Münaqişə tərəflərini təmkinli davranmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq. Rusiya XİN vəziyyətin sabitləşməsi üçün gərəkən töhfəni verməyə hazırdır”, – bəyanatda vurğulanır.

 

Xatırlatma

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə gərginlik davam edib. Son bir gündə Azərbaycan tərəfdən 4 hərbçinin həlak olduğu bildirilir.

MN bildirir ki, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bununla bağlı Azərbaycan tərəfi videogörüntü də yayıb.

Nazirlik Ermənistanın itkilər barədə məlumatları gizlətdiyini iddia edir.

Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 70 dəfə pozduğunu bildirir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button