Loading...
Loading...
Sosial

Sərhəddə ölüm

Azərbaycan-İran sərhədində silahlı insident, ölüm olduğu bildirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda yazılıb ki, iyulun 5-də saat 23:45 radələrində “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında beş nəfər naməlum şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozub.

Açıqlamaya görə, sərhəd pozucularının silah və gecəgörmə cihazları ilə silahlandığı, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən çanta müşahidə edilib. Naryadın “Dayan” əmri verməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib: “…Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri – hüquq-mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Qurbanov Məzahir Sahil oğlu güllə yarası alıb, ona ilkin yardım göstərilərək Cəlilabad rayon mərkəzi xəstəxanaya təxliyə edilib, lakin yolda ölüb”.

Məlumata görə, digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar: “Əraziyə baxış zamanı … 1 çantada təxmini çəkisi 6895 qram narkotik vasitəyə bənzər maddələr və dərman preparatları aşkar olunaraq götürülüb”.

Açıqlamaya görə, bu barədə İran tərəfi dərhal məlumatlandırılıb, hadisə yerində iki ölkənin sərhəd nümayəndələrinin görüşü keçirilib.

Bu açıqlamaya, hələlik, Məzahir Qurbanovun yaxınları və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

24 saat” “Sərhəddə ölüm” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button