2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səfir: “Zəngəzur dəhlizi üçün Azərbaycanın müharibə edəcəyini deməkdən axmaq “peyğəmbərlik” yoxdur”

Səfir: “Zəngəzur dəhlizi üçün Azərbaycanın müharibə edəcəyini deməkdən axmaq “peyğəmbərlik” yoxdur”

“Zəngəzur dəhlizi üçün Azərbaycanın müharibə edəcəyini deməkdən axmaq “peyğəmbərlik” yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirləri “Report”a müsahibəsində Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev deyib.

Onun sözlərinə görə, otuz ildən bəri Azərbaycan ərazilərinin təxminən 20 faiz ərazisinin işğal edildiyini, vətənində köçkünlük həyatı yaşayan soydaşlarımızın acınacaqlı vəziyyətini görməyənlər indi özləri rahat şəkildə Ermənistana köç edən Qarabağ ermənilərinin “faciə”sindən, Türkiyə və Azərbaycanın Zəngəzurda gözlənilən “ilhaq siyasəti”ndən danışırlar: “Unutmaq olmaz ki, biz ikili standartların hökm sürdüyü ədalətsiz dünyada yaşayırıq. Bütün bunların ağ yalan olduğunu hamıdan yaxşı özləri bilirlər. Lakin nə etmək olar ki, pulu ödəyənlər məhz belə “musiqi” səsləndirilməsini istəyirlər”.

Diplomat bildirib ki, bir vaxtlar keçmiş Fransa prezidenti Valeri Jiskar de Estenin də açıq şəkildə etiraf etdiyi kimi, “Avropa İttifaqı bir xristian klubudur”: “Ona görə də Fransa kimi dövlətlər insan dramlarına hüquq və humanizm müstəvisindən deyil, dini mənsubluq prizmasından baxmağı daha məqbul sayırlar”.

“Erməni mətbuatında, demək olar ki, hər gün müxtəlif xarici “ekspertlər” tezliklə Azərbaycanın Zəngəzur dəhlizi üçün Ermənistanla müharibəyə başlayacağı haqqında əcaib “proqnozlar” verirlər. “Bundan daha axmaq, mənasız “peyğəmbərliyi” təsəvvürə gətirmək mümkün deyil. Əgər işğal altındakı torpaqlar azad edilibsə, üstəlik də İran ərazisindən blokada şəraitindəki Naxçıvana yol çəkilirsə, nə üçün rəsmi səviyyədə ərazi bütünlüyünü tanıdığımız Ermənistana hücum etməliyik? Hansı məntiqlə regionda yeni müharibə ocağı alovlandırmalıyıq? Təbii ki, ölkəmiz bunu heç zaman etməz. Amma hər vasitə ilə Azərbaycanın “təcavüzkar” imicini yaratmaq istəyənlər üçün belə gülünc yalanlar uydurmaq heç bir çətinlik törətmir”, – V.Quliyev vurğulayıb.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button