2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şəhərdə heyvan səsləri çıxararaq qızlara sataşanlar nə etməyə çalışır?

Bakıda axşam saatlarında şəhərin mərkəzi küçələrində, bulvarda gəzəndə qadınları həyatdan bezdirən hadisələrdən biri də qrupla gəzən oğlanların onlara sataşmasıdır. Ancaq bu sataşmalar heç də həmişə eyni formada olmur.
Küçədə gəzərkən gənc qadınların “diqqətini çəkmək” üçün fərqli metodlardan istifadə oğlanlardan bəziləri əxlaq normalarını kobud şəkildə pozaraq anormal hərəkət edirlər. Onlardan ən diqqət çəkəni isə şübhəsiz qadınlara yaxınlaşaraq heyvan səsləri çıxarmaqdır.
Şəhərdə gəzəndə əgər diqqət etsəniz bulvarda, 28 may metrosu ətrafında, Fəvvarələr meydanı ətrafında gəzən oğlanlar qızlara yaxınlaşaraq it kimi hürməyə, canavar səsi və fərqli heyvan səsləri çıxarırlar. Bunu hansı məqsədlə etdiklərini başa düşmək üçün psixoloqlardan fikir almağa çalışdıq.
Psixoloq Leyla Şamilova bu tendensiyanı belə şərh edir:
“Kollektivist cəmiyyətin xüsusiyətlərini nümayiş edən, bərabərində kişi və kadın arasında fərqi uşaqlıqdan aşılamış bir cəmiyyət kimi bəzi psikolojik problemlərlə qarşılaşırıq. Qadınlardan itaətkarlıq gözləndiyi kimi kişilərə də çox məsuliyətlər yüklənir. Halbuki insanların xasiyyətləri və mənəvi gücləri individualdır və bu səbəbdən dolayı həm kişilər həm də qadınlar iç dünyaları, istəkləri və onlardan tələb olunan davranışlar arasında mübarizə aparır və ortaya bəzi problemli davranışlar çıxır.
 
Bir qadın kimi küçədə bizi narahat eden kişilərə sadəcə mədəniyətsiz kimi baxmaq yerinə onları analiz etsək əslində nə qədər böyük bir psikolojik problem yaşadıqlarını görə bilərik.
 
Qadının ailəsinə qulluq edən, çox vaxt ailədə fikrinə dəyər verilməyən, hazır qərarları qəbul edən, problemlərini bir üzə verməyən ailədə böyüyən oğlanın çöldə çəkinmədən qadınları narahat etməsi və qarşılığında başını aşağı salıb qadın davranışı gözləməsi əslində öyrəşilmiş bir davranışdır.”
Sırf heyvan səsləri çıxaraq diqqət çəkməyə çalışanları isə Şamilova belə dəyərləndirir.
Məhz sataşmağın səbəbini düşününcə ağıla ilk gələn ünsiyyət problemidir. Qadın və kişi arasında sağlam ünsiyyəti müşahidə etmədiyi üçün və ya başqa səbəblə sağlam sosial münasibət qura bilmədiyindən, dolayı yola sataşmağa baş vurur. İstəklərini düzgün yolla ifadə edə bilmir və qadınları sataşmağa başlayır. Bunu kişinin özünə inamı olmaması olaraq izah etmək daha düzgün olar.
 
Belə bir şəkildə analiz edəndə bir qadın kimi haqlarının tapdalandığını, qururunun sarsıldığını və ya zəif birisi kimi hiss etməkdən çox bizim topluluqda kişilərin də formalaşmasında böyük problemlər olduğunu və bəzi psikolojik problemlər yaşadığını düşünürəm.”
 
pahoo.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button