2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şəkər çuğunduru istehsalçılarına dəstək, amma…

Azərbaycanda hökumət şəkər çuğundurunun emalı ilə məşğul olanlara maliyyə dəstəyi verəcək. Belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə, 4 manat subsidiya ödəniləcək.

Prezident İlham Əliyev aprelin 4-də bununla bağlı fərman imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Fərmanla, həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilməyəcək.

Nazirlər Kabineti iki ay ərzində şəkər çuğunduru istehsalçılarına subsidiya verilməsi qaydasını hazırlamalıdır.

Hökumət bundan əvvəl barama və ipək emalının dəstəklənməsi haqda da qərar verib.

Nazirlər Kabineti barama yetişdirən şəxslərin müəssisələrə təhvil verdikləri yaş baramaya subsidiya məbləğini müəyyənləşdirmişdi – hər kiloqramına 5 manat.

2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır.

Buğda, çəltik, pambıq, tütün əkininə görə də qeyd edilən məbləğə 40 manat əlavə edilir. Ötən ildən etibarən hər yetişdirilən 1 kq baramaya görə isə 2 manat yardım verilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button