2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Sərhədsiz Reportyorlar”: “İlham Əliyev diktaturası jurnalistikanı məhv etməkdədir”

Beynəlxalq təşkilatlar Toplum TV-yə təzyiqlə bağlı reaksiya verdi

Toplum TV-nin ofisində axtarış aparılması, əməkdaşlarının həbsi, eləcə də barələrində cinayət işi açılmasına beynəlxalq təşkilatlardan və bəzi ölkələrdən reaksiyalar gəlib.

Böyük Britaniya Toplum TV-nin jurnalistləri və “III Respublika” siyasi hərəkatının üzvünün həbsi ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” platformasında paylaşdığı məlumatda ölkədə həbs edilmiş media nümayəndələri daxil olmaqla, hər bir kəsin ifadə azadlığını və fundamental insan hüquqlarını qorumağa çağırış edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də açıqlama verərək bildirib ki, Azərbaycan hakimiyyəti jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və müxalifət xadimlərini qorxutmaq, sıxışdırmaq və cəzalandırmaq üçün onları həbs edir:

“Buna qarşı kəskin etirazlarımızı bildiririk. Azərbaycanı fundamental azadlıqlarından istifadə edənlərə qarşı təqiblərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq”.

“Amnesty International”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırıb:

““Toplum TV”-də axtarış aparılmasının və hazırda əlaqə saxlamaq mümkün olmayan bir neçə əməkdaşın həbsindən qəzəbliyik”.

“İlham Əliyev diktaturası jurnalistikanı məhv etməkdədir”, – deyə “Sərhədsiz Reportyorlar” Təşkilatından Janna Kavelye bildirib.

Martın 6-da isə polis “Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia” saytının əməkdaşlarıdır. “Kanal 13” saytının da bir neçə əməkdaşı müxtəlif ittihamlarla həbsdədir.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button