2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Səudiyyə Ərəbistanı qadınlara orduya qoşulmağa icazə verir

Səudiyyə Ərəbistanı ilk dəfə olaraq qadınların silahlı qüvvələrə qoşulmağı üçün müraciətlərin qəbuluna başlayıb.

Hərbi xidmətə qoşulmaq istəyən qadınlar cümə axşamınadək Ər-Riyad, Əl-Qasım və Mədinə əyalətlərində əsgər rütbəsində xidmət etmək üçün ərizə verməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Xidmətin döyüşlərdə iştirakı əhatə etmədiyi görünsə də, qadınların təhlükəsizlik sahəsində işləmək imkanı olacaq.

12 tələbə cavab verməli olan namizədlər Səudiyyə Ərəbistanı vətəndaşı olmaqla yanaşı 25-35 yaş arasında olmalıdır. Onlar həmçinin məktəb diplomuna sahib olmalıdır.

Qadınların kişi qəyyumları da – adətən həyat yoldaşı, atası, qardaşı və ya oğlu – işin olduğu ərazidə yaşamalıdırlar.

Qadınları əsgərliyə cəlb etmək qərarı mühafizəkar müsəlman krallığında son aylarda təqdim olunan qadın hüquqlarının artırılması yönündəki islahatlarından biridir.

Kral Salmanın qərarına görə, qadınlar iyun ayından etibarən avtomobil sürə biləcəklər.

Qadın tamaşaçıların futbol yarışlarında iştirakına isə keçən aydan icazə verilib.

Hüquq müdafiəçiləri deyir ki, Səudiyyə Ərəbistanının ayrı-seçkilikli kişi qəyyumluq sistemi hökümətin ləğv cəhdlərinə baxmayaraq bütövlüyünü qoruyur.

Səudiyyə Ərəbistanında qadınların təqiblərə məruz qalmasına diqqəti cəlb edən pop musiqi videosu sosial şəbəkələrdə milyonlarla izləyicini cəlb edib.

“Hwages” (qayğılar) adlı video Səudiyyə Ərəbistanında qadınların skeyt sürməsini, basketbol oynamasını və rəqs etməsini göstərir.

Video 8ies media şirkəti tərəfindən hazırlanıb. 2016-ci ilin sonunda YouTube-ə yüklənmiş klipi 3 milyondan çox insan izləyib. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button