2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Saakaşvili həbsxanadan Əliyevi təbrik edib

Gürcüstanın keçmiş prezidenti, “Vahid milli hərəkat” partiyasının lideri Mixail Saakaşvili İlham Əliyevi Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Müraciət X (Tvitter) sosial şəbəkəsində yerləşdirilib, Saakaşvili həbsxana kamerasında idi, bu, arxa fonda görünürdü.

Bilavasitə təbrikdən sonra Saakaşvili Əliyevin ““Müzəffər İlham” olaraq tarixə keçəcəyini” qeyd edib.

Azərbaycan üçün heç vaxt heç kim İlham Əliyev qədər iş görməyib. Biz qardaş millətlərik, deyə eks-prezident qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Mən sizin böyük pərəstişkarınızam. Prezident Əliyevin nail olduqları ilə fəxr edirəm və ümid edirəm ki, Gürcüstan da sizin uğurunuzu təkrar edə biləcək. Mən vahid Qafqazın, regionda sülhün və Gürcüstan və Azərbaycan arasında qardaşlıq münasibətlərimizin tərəfdarıyam”, deyə Gürcüstan həbsxanasının məhbusu M.Saakaşvili bildirib.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. O, ölkəni tərk edib və Ukraynada müxtəlif rəhbər vəzifələri tutub. 29 sentyabr 2021-ci il tarixində Mixail Saakaşvili qeyri-leqal yolla Gürcüstan ərazisinə gəlib. Oktyabrın 1-də sabiq prezidentin Batumidə olduğu məlum olub. Elə həmin gün o, saxlanılıb və Rustavi şəhərindəki həbsxanaya aparılıb. Ona qarşı sərhədi qanunsuz keçmək haqqında cinayət işi açılıb. Həkimlər Saakaşviliyə üç ağır xəstəlik diaqnozu qoyublar.

https://twitter.com/i/status/1757008399873544196

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button