2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

«Şahdəniz»dən nə qədər qaz hasil edilib?

«Şahdəniz» yatağından gündə 30 mln. kubmetr təbii qaz, 7 mln. ton kondensat hasil edilir.

APA-nın xəbərinə görə, bunu bu gün keçirilən «Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya» beynəlxalq konfransda SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib

X.Yusifzadə deyib ki, yataq fəaliyyətə başlayandan bu günə qədər 70 mlrd. kubmetr qaz, 18 mln. ton kondensat çıxarılıb: «Bu yataqdan hasil edilən qazdan 5 mlrd. kubmetrdən çox Gürcüstana, 39 mlrd. kubmetrdən çoxu isə Türkiyəyə nəql olunub. Bu ilin birinci rübündə gündəlik Gürcüstana 2.5 mln., Türkiyəyə isə 18.2 mln. kubmetr qaz nəql olunub».

Saytların yığılması Saytlarin yigilmasi

«Şahdəniz-2» mərhələsində bu yataqdan 1.2 trilyon kubmetr qaz çıxarılması nəzərdə tutulur. Yatağa 25 milyard manat sərmayə qoyulmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button