
Sahil Babayev İlham Əliyevi necə sabotaj edir?
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Bu məlumat ictimaiyətə açıqlandığı andan işsiz şəxslərin qeydiyyatından məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az ünvanlı saytının onlayn rejimdə qeydiyyatla bağlı ciddi problemlərinin olduğu ortaya çıxdı.
FAKT 1
24saat.org saytı bildirir ki, ilk günlər Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN-in açıqlamasında yer alan www.e-sosial.az portalının sertifikatının olmaması, bu sertifikatın əslində e-sosial.az domeninə aid olması səbəbindən saytın açılmasında problemlər müşahidə olundu. Amma ƏƏSMN bilərəkdən açıqlamasında qeydiyyat üçün açılamsında problem olan domenə yer verməklə ilk süni maneəni yaratmışdı (Şəkil 1). (Ətraflı məlumat üçün bu yazıya keçid edin)

FAKT 2
Bu problem aradan qalxdıqdan sonra sistemdə qeydiyyat üçün növbəti süni maneə aşkara çıxdı. Məlum oldu ki, ƏƏSMN illər ərzində vətəndaşların işsiz kimi qeydiyyatının qarşısını almaq məqsədi ilə heç bir məntiqi izahı olmayan “şəxsin adına olan mobil nömrə” tələbini qoyubmuş. Yəni əgər işsiz şəxsin mobil nömrəsi yoxdursa və ya nömrə onun özündən asılı olmayan səbəblərdən adına qeydiyyata alınmayıbsa (nömrələrin qeydiyyata alınması mobil operatorların öhdəçiliyidir), həmin şəxsin işsiz kimi qeydiyyata düşməsi mümkün deyil.
Sosial şəbəkələrdə yaranan ajiotajdan sonra Sahil Babayev qeydiyyat prosesində “yumşaltma”ya getdi və saytına “Online müraciət” düyməsi əlavə etdi. Amma bu Sahil Babayevin rəhbərlik etdiyi qurum bu dəfə də süni maneəni yaddan çıxarmadı. Sayta yerləşdirilən müvafiq qeydiyyat düyməsi mobil telefonlarda “görünməz” edildi (Şəkil 2).

Əlavə olaraq saytın mobil tətbiqində “onlayn qeydiyyat” əvvəlki qaydada şəxsin adına telefon nömrəsi olmadığı halda qeydiyyat prosesindən imtina edir, nömrə olduğu halda isə təsdiqləmə kodunu göndərmirdi (Şəkil 3). Yəni Sahil Babayev qeydiyyatçıların mobil vasitələrdən istifadə edərək qeydiyyatdan keçmələrinin bilərəkdən qarşısı alıb.

FAKT 3
Daha sonra ƏƏSMN e-sosial.az saytında yeni “kəşf”ini etdi. Artıq saytın ONLAYN qeydiyyat sistemi iş günləri 09:00-18:00-dək işləməyə başladı. Yəni işsiz kimi onlayn qeydiyyata düşmək istəyən şəxs ancaq iş günləri, həm də iş saatlarında saytdan qeydiyyatdan keçə bilər (Şəkil 4). Əlbəttə, Sahil Babayevin bu “kəşf”i də vətəndaşların mümkün qədər az qeydiyyatdan keçməsini təmin etməyə, başqa sözlə süni maneə yaratmağa hesablanıb.

Bəs bütün bunlar niyə baş verir?
COVİD-19 pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq məqsədiylə elan olunmuş karantin müddətində əlavə qazanc yeri kəsilmiş, aztəminatlı ailələrin minimum məbləğlə yaşaya bilməsi üçün, dolayısıyla yarana biləcək sosial partlayışın qarşısını almaq məqsədiylə dövlət tərəfindən verilməsi nəzərdə tutulan 190 manatlıq birdəfəlik yardımın ünvavına çatmamsı üçün Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN sistemli şəkildə mübarizəyə başladı.

(Foto – “Report”)
İlk baxışdan yaranan mənzərə hazırlıqsız yaxalanmanın törətdiyi fəsada bənzəyə bilər. Amma yaradılan süni-maneələrin hər birinin düşünülərək tətbiq edildiyi, əslində problemin texniki baxımdan vətəndaşların lehinə həll olunması üçün sadəcə saniyələr ərzində həll oluna biləcəyi məslələr olduğundan, heç nəyin “hazırlıqsız yaxalanma” ilə əlaqədar olmadığı ortaya çıxar.
Bununla da Sahil Babayev və rəhbərlik etdiyi qurumun karantin şəraitində sosaial partlayış üçün zəmin yaratdığı aşkara çıxır. Görünür, cənab Babayev İlham Əliyevi sabotaj etmək üçün fürsət axtarır.
Vüqar Qurdqanlı
Вугар Гурганлы, скорее всего это вы , своей никчёмной статьёй , выдаёте своё желание, за действительность! Да, проблемы с регистрацией были и это были временные технические неполадки. А причем тут Сахиль Бабаев сабатирует Ильхама Алиева?! Вы, что каронавируса объелись?!
Sualınızın cavabı yazıda var
Meni maraqlandirmir kim kimi sabotaj etdi.Meni maraqlandirir ki,2-ildir voin baglidir,20 gundur qeydiyyatdayam helede 190 manatdan bir sms yoxdur!Haqdan danisirsinizsa menim oglum niye helede yardimlardan mehrumdur?!
Mehparə xanım, çünki oğlunuz Azərbaycanda yaşayır
Mən müharibə veteranıyam özüm həyat yoldaşım işləmirik 80manat təqaüd alıram qeydiyyatdan kecdik hər ikimizə imtina cavabı gəldi veteranlara ödənilən 80manat təqaüdə görə bu dogrudurmu?
Doğrudur və ədalətsizdir!
Salam mən həsənov elnur sədulla oğlu həyat yoldaşım Həsənova Kamalə Hüseynağa qızı fakt heç bir yerdə işləmirik heç bir yerdən de gelirimiz yoxdu 3 ovladım var sonuncu övadım 4 yaşındadı mənə 190 manat düşmədi indi mən neyləməliyəm dərdimi kimə deməliyəm bu uşağa nə cavab verim xaiş edirəm mənə köməklik göstərin evdə heçnə yoxdu gedib torpaq deyirsən onuda ekmirəm yararsızdı imkanım yoxdu əkməyə gedib fəhləçilik eliyib ailəmi dolandırırdım indi yol bağlıdı qalmışam evdə mənə bir çıxış yolu göstərin kimə deyim mənə yardım etsin xaış eliyirəm bu yazdığım sözləri ətraflı oxuyub cavablandırasız indiki vaxda torpaq mənə heç bir kömək etmir evdə ailə uşaqlar acınnan ölür inanmırsız araşdırıb tapa bilərsiz Masallı Xırmandalı kəndi
Sizə niyə 190 manat təyin edilmədi? Səbəb nə oldu?
Men ailede 4 neferik anam yoldawim oglum11 yawinda ve hecbir dovletden gelir yermiz yoxdu ama qonwum ata anasi iwliyerken dovlet mawi alarek ogulu 24 yawinda mirta qeydiyat duwdu ve ona 190 azn mesaji geldi getdi aldi
Salam menede buqun qunorta saatlarinda bele bir sms qeldi bu formada : (eriniz arvadiniz barede tehrif olunmus melumat teqdim etdiyiniz ucun size 190manat birdefelik odeme verilmesinden imtina edilmisdir) baxin yuxardaki Kimi sms qeldi ancaq ne menim nede yoldasim Adina hecne yoxdur ozumuz naxalovkada yasayiriq xais edirem bu barede bir olcu qoturesiz
İki uşaq atasıyam mart 15 işlemirem 26 gündü qeydiyyatdan keçmişəm hele de olsun cavab gəlməyib beş mənim uşaqlarım neynesin biri 8ayliqdi yemək yeyir
Menede 190 m vermemek ucun adima torpaq cixartdilar.Hecneyim olmuya olmuya.
Torpaq sizin deyil?
Salam Mən orabannan 3 uşaq anası Yusubova Gülanə heç yerdə işləmirəm balaca uşağım 4 yaşındadı yoldaşım da fəhlə işləyirdi indi qarantinə görə işləyə bilmir 3 uşağım acınnan ölür 190 manat üçün müraciət etdik imtina cavabı gəldi xahiş edirəm mənə yol gösdərəsuz 4.1.3 maddəsinə əsasən imtina gəlib
Adınıza pay torpaq və y yoldaşınızın adına VÖEN varmı?
Adima torpaq sahəsi yoxdu yoldasım rəhmətə.gedib 190 manat düsdüyü halda hec bir məlumat verilmir 3 övladım var biri Universitet tələbəsidi oğlum 9 sinif sagirdidir hec bir yerde islemirem.Bir oğlum və bir qizim valideyin itirilməsinə görə pensiya alır.Bir qızıma 190.manat verildi.Mınim muraciətimsə.cavabiz qalıb.köməklik etməyinizi istəyirəm
Torpağım atam evindədi yoldaşımın adına da vöen yoxdu
Mən aprelin 9u qeydiyyatdan kecmişem,Hele de müraciətimə cavab gelmeyib .Kömək edə bilərsinizmi?
Salam aprelin 9 u qeydiyat olmusuq sms cavabi galmir niya birda manim usaqim sosial yarfim almir niya cavab galibki sosial yardim alandir galnimizada cavab galib ki pensiyanerdi pul dusmur 27 yasi olan adam na vaxtdan pensiyaner olur 😁
Bu yardimi pirizdentimiz edir amma kimlarsa bu gosderise emel etmir pula etiyaci olmuyana pulu verir pula fakt etiyaci olan vatandasa pulu vermir
Yoldasım nə də mən işləmirik 2 usaqmız var 190m göre müraciət etmışık ayın 11də hələdə cavab yoxdu neynuyək hara müraciət edek.
Menim 29yasim var 1usaq anasiyam,adima aciq vöen var ama mene pul verilmir niye?budu bu ölkenin qanun qaydasi?vaxtinda vergi istemjsiz ödemisik indk pis olmisuq?zeher zikkiminiz olsun Allah sizi bu milletden pis hunlere qoysun
Salam dostlar mende hecne gelmeyib gozduyurem hele forum axiri ne olacaq
Oglum da gelinim de iwlemirler.hec kimin himayesinde deyiller.2 azyawli uwaqlari var.qeydiyyatdan kecdiler.cavab geldi ki siz qeydiyyata duwdunuz.amma19 gundur ki hec bir sms gelmir.neden???
Nazirliye ve DSMF-in sedri Himalay oz adamlarini getirib, onlara her ay mukafat verdirir, qalan iwcileri ewwek kimi iwledir, amma mukafat vermir. Himalayin getirdiyi adamlar da kolxoz, Edliyyede adi iwci iwlemiw adami getirib wobe mudiri qoyub, qalstuk satan adami getirib idare reisi qoyub, qansiz birini getirib daxili audite wobe mudiri qoyub, o da gedib Vtekin qerari olmadan adama baxib ozu diaqnoz qoyur ki, sen xeste deyilsen, elillil muavinetinj kesir yaziqlarin, universitetde rektor komekcisi iwleyeni getirib wobe mudiri qoyub. DSMF boyru uste qalib
Cənab nazir- Sahil Babayev, mən sizin onlayn olaraq işsizliyə görə saytınızda qeydiyyatdan kecdim.lakin bir neçə gündən sonra mənə SMS göndərildi ki, sizin torpaq sahəniz (4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri) olduğu üçün siz işsiz kimi qediyyata alımırsınız.
Faktiki olaraq şəhər tipli rayon mərkəzində yaşadığım (bizə kənd yerində yaşamadığımıza görə pay torpaqları ayrılmadığı) üçün mənim yaşayış evimin ərazisini – 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri – kimi qeyd ediblər.
Mənim heç bir kv metr pay torpağım yoxdur, pay torpağım varsa əyər mənim niyə xəbərim yoxdur və niyə ğörə mənə yalan məlumatla aldadılıb işsiz kimi qeydiyyatdan imtina edilir?
Salam bizde ailede 4 nefer iwsiz var 20 gundi bir cavab yoxdu.Mewgulluq alt sisteminde iwsiz kimi status alinib.onnan qabag aprel ayinim 8 i qeydiyyatdan kecmiwik onlayn müraciətden helede sms gelmeyib bu ne haqsizliqdi ehtiyaca olana yox olmuyana verilir bu pul.Acinnan aboy qalmadi evde bele olmaz axi.Ne vaxt verilecey bu pul fakt iwsiz statusu verilib ortada hecne yoxdu.
Salam. Mən işsiz kimi qeydiyyatdan keçdim. Işdən 8 aydı rəsmi şəkildə çıxmışam. Mesaj gəldi VÖEN açıqdı ödəmə edilmədi. Səbəb VÖEN göstərildi. Işdən çıxanda şirkət tərəfindən bağlanmalıdır şirkətlə əlaqə saxladım VÖEN bağladım. Bir səbəb göstərə bilərsiz ki niyə mənə Azərbaycan vetadisa belə şeylərdə kömək göstərilmir. Kimə necə müraciət edim. Ali baş komandanının verdiyi seracam belə görsənir ki səbəbsiz boş qərardır.menim kimi minlərlə ailə sahibi az yaşlı uşaq az təminatlı ailələrdə bu səbəbdən kömək edilməsi. Mən vergini odemisem. Işdən azad olmuşam vergini isə bağlamayın şirkət.
Mən də arelin 8 də qeydiyyata alınmışam.Mənə cavab gəldi ki siz vergi ödəyicisiniz.Mən vöenimi 2009 cu ildə baqlamışam.Mən vergi idarəsinə müraciət etdim və ordan ərizə blankı aldım.Blankı doldurub vöenimlə birlikdə poct vasitəsi ilə vergiyə göndərdim.Nəticə yoxdur.Bu ƏDALƏTSİZLİKDİ
!972 ci ilden chalishiram.Du ilin(2020) Fevral ayindan teqaude chixmali idim.Hesablayib baxdilar ki,1972-2002 ci ile geder ish stajim var.Amma emek haqqi aldigim illeri hesablayib 24 il ish staji chixardilar.Bir il chatishmazliga gore 24 il legv olundu.Mene verdiler sosial pensiya.130 manat.Komek meqsedile 190 manat yardim istedim.Cavab qeldi ki siz sosial teminat aldiginiz uchun qanuna esasen size birdefelik odeme verilmeyecek.Eger minimum hedd 190 manatdirsa bes onda 60 manat odeyib menimkin niye 190 manat elemirler??190 yox,60 vereydiler.Bizim ki de olardi 190.Amma 24 il ish stajimi tez yediler.Haramlari olsun !!!
Men 3 il bundan evvel taksi fealiyyetine gore mecburi voen acdirmiwam,3ile yaxindir ki,istifae etmirem,voenim passivdir buna baxmayaraq mene 190 manat yardim edilmekden imtina olundu. 4 aydir qqeza neticesinde qolum qirilib iw qabiliyyetimi itirmiwem. Indi siz mene deyin 2 korpe uwagnan 4 baw aile ne edek,hara muraciet edek,nece dolanaq?
Salam men aprel ayinin 8i qeydiyyatdan kecmişem mene hec bir sms gelmiyib.niye goresen?