Xəbərlər

Şahruddin ən çox “seyv” edən iki qapıçıdan biridir

UEFA DÇ-2022-nin seçmə mərhələsinin 3-cü tur oyunlarından sonra yeni statistik göstəriciləri açıqlayıb.

“24 saat” xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ilk matçlardan sonra ən çox qurtarış edən iki qapıçıdan biridir.

27 yaşlı qolkiper yığmanın Portuqaliya ilə ilk matçda (0:1) 14, Serbiya ilə görüşdə (1:2) 5, ümumilikdə 19 seyvlə yadda qalıb. San Marinodan Elia Benedettini də 19 qurtarış edib. Lakin o, Məhəmmədəliyevdən fərqli olaraq, bunu 3 görüşdə bacarıb.

Qeyd edək ki, Cəbəllütariq millisinin üzvü Deyl Kilinq isə 18 “seyv”lə üçüncü pillədə qərarlaşıb.

az24saat.org

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button