2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Şahvələd Çobanoğlu duruşu” dünyanın hər yerində aksiyaların vazkeçilməzinə çevrilir

2016-cı il sona çatmaq üzrədir. Dünyanın aparıcı informasiya vasitələri 2016-cı ilə damğasını vuran fotonu müəyyən edib. 24saat.org saytı xəbər verir ki, yayımlanan 25 foto arasında ilk yeri ABŞ-ın Luizana ştatının paytaxtında çəkilmiş foto tutub.

Saytımızın həmin fotoya önəm verməsinin xüsusi səbəbi var.

Əvvəlcə həmin foto barədə – Etirazçı Ieshia Evans 9 iyul 2016-cı il tarixində Luizana ştatının paytaxtı Baton Rouge şəhərində  qaradərili Alton Sterling-in  polis tərəfindən öldürülməsinə etiraz olaraq təşkil olunmuş aksiyada həbs olunur. REUTERS agentliyinin əməkdaşı Conatan Baxman tərəfindən əbədiləşdirilən həmin foto çəkilən anda Ieshia Evans təkbaşına aksiyanın qarşısını almağa çalışan polislərin üzərinə gedir. Proseslərin davamında polis Evansı həbs edir.

Saytların yığılması Saytlarin yigilmasi
REUTERS/Jonathan Bachman
REUTERS/Jonathan Bachma

 

Bu fotoisə 30 iyun 2016-cı il tarixində İsveçin Borlanq şəhərində çəkilib. Tess Asplund adlı qadın İsveçin Borlanq şəhərində aksiya keçirən 300 faşisin üzərinə tək yürüyür və onların liderləri ilə qarşı-qarşıya dayanıb meydan oxuyurcasına əlini qaldırıb yumruğunu sıxır.

Daha sonra o da polis tərəfində saxlanılır

İndi isə gəldik bu iki fotonu bizim üçün əhəmiyyətli edən məqama.

Gördüyünüz bu foto nə Amerikada, nə də İsveçdə çəkilib. Fotoqraf Əhməd Muxtar tərəfindən 2012-ci ildə çəkilən fotoda tanınmış jurnalist Şahvələd Çobanoğlu razılaşdırılmamış aksiyanı dağıtmaq üçün hazır duran polis zəngirinin üzərinə yeriyir.

Ş. Çobanoğlunun bu cəsarətli addımı həmin dönəm aksiyaların simvoluna çevrilsə də, Azərbaycan sərhədlərini aşaraq örnəyə çevrilməsi üçün düz 4 il gözləməli oldu. 2016-cı ildə dünyanın müxtəlif ölkələrində aktivistlər məhz onun cəsarətini təkrarlayırmışcasına etirazlar edirlər.

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button