2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sakinlər telefon istədi, nazirlik “stolba” verdi

Novxanı sakinləri telefon zənginə niyə möhtac qalıb?

Artıq bir neçə ildir ki, Novxanıda yeni salınan yaşayış massivlərinin telefon problemi həll olunmaq bilmir. Bu barədə 24saat.org-u kənddəki mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bu ilin əvvəllərindən başlayaraq Rabitə Nazirliyi əraziyə bir neçə ədəd taxta “stolba” yollasa da, hələ də bu dirəklərin basdırılması və xəttin çəkilməsi həyata keçirilməyib:
“Göndərilən dirəklərin bir neçəsi basdırılsa da, qalan dirəklər bir neçə aydır ki, yol kənarlarında qalmaqda davam edir. Halbuki, bu ilin əvəllərində proses başlayanda insanlar güman edirdi ki, onların müraciəti nəhayət ki, nəticə verib və telefon çəkilişi bir neçə həftə ərzində reallaşacaq. Bu gün isə görünən odur ki, nazirliyə yol kənarlarına atılıb qalan dirəkləri basdırmaq üçün hələ bir neçə ay da lazım gələcək. Bu isə o deməkdir ki, Novxanı sakinlərinin telefon gözləntisi hələ bir neçə il də gözlənti olaraq qalacaq”.
Mənbənin sözlərinə görə, telefon çəkilişinin niyə ləngiməsi ilə bağlı vətəndaşların müraciətinə heç bir cavab verilmir:
“Vətəndaşlar hesab edir ki, telefon istədikləri halda Rabitə və Yüksək TexnologiyalarNazirliyinin onlara sadəcə “stolba” “hədiyyə etməsi” insanları ələ salmaqdan başqa bir şey deyil. Onları ən çox narazı salan məsələlərdən biri də işin niyə yarımçıq saxlanılması ilə bağlı vətəndaşların müraciətinə cavab verilməməsidir. Sakinlər hesab edir ki, nazirlik ya telefon çəkilişini başa çatdırmalı, ya da aylardır göz dağı kimi yol kənarlarına uzadılan dirəkləri yığışdırmalı, insanların əsəbləri ilə daha artıq oynamamalıdır”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button