2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“SalamNews” və “İnterAz”ın rəhbəri məhkəmə qarşısına çıxarılır 

İki xəbər saytının rəhbəri olan Mətləb Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Cinayət işi” qovluğu Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

Bu iş üzrə hazırlıq iclası keçirilib. Hakim Mətləb Bağırovun anket məlumatlarını dəqiqləşdirib, ona gələcək məhkəmə iclaslarındakı hüquqlarını izah edib. Mətləb Bağırovun hüquqlarının müdafiəsinə yeni qoşulmuş vəkil iş materiallarıyla tanış olmaq üçün vaxt istəyib. Hakim məhkəmə baxışını martın 4-nə təyin edib.
 
İnanclı çevrələrdə “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov 44 yaşındadır. Əslən Cəlilabad rayonundandır. İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırma – xeyli miqdarda törədildikdə), 206 (qaçaqmalçılıq), 213-cü (vergidən yayınma) və başqa maddələrilə ittiham irəli sürülüb. Dini-ekstremizm məzmunlu materiallar yaymaqda, İrandan Azərbaycana rəsmi qaydada bəyan etmədən pul gətirməkdə və başqa cinayət əməllərində təqsirləndirilir. Özü ittihamları qəbul etmir. DTX-nın istintaq təcridxanasında saxlanılır. İş üzrə zərərçəkmiş qismində Dövlət Vergi Xidməti tanınıb. 
 
Azərbaycanda “SalamNews” və “İnterAz” xəbər saytlarının rəhbəri olub. Ötən ilin yanvarında həbs olunarkən rəsmi qurumlar onu “İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat çərçivəsində həbs olunanlar”ın siyahısında göstərmişdi. 

“İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı Hacı Mətləb alıb. Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunur. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunur. 
 
“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. “SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button