24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Saleh Rüstəmlini müdafiə kampaniyası genişlənir

Bakı/29.11.21 Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası bəyanatla çıxış edərək hakimiyyətdən siyasi məhbus Saleh Rüstəmlinin azadlığa buraxılmasını tələb edib.O, azaldığa buraxılmaq tələbilə 24 sutkadır ki, aclıq edir.  

Demokratik Şura hesab edir ki, o, saxta və siyasi motivli ittihamlarla mühakimə edilib.

Demokratik Şura Rüstəmlinin həyatına təhlükəyə görə məsuliyyəti ölkə rəhbərliyinin üzərinə qoyur.

Sənədin müəllifləri qeyd edirlər ki, Rüstəmli Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır və Azərbaycan torpaqlarının müdafiəsilə bağlı əməliyyatlarda mühüm rol oynayıb.

Azərbaycan hakimiyyəti erməni hərbçilərə qarşı humanizm göstərir, ancaq müharibə veteranına zindanda əziyyət edir.

Müəlliflər beynəlxalq birliyi və Azərbaycan xalqını Rüstəmlini müdafiə etmək üçün səslərini ucaltmağa, Azərbaycan hökumətindən onu azad olunmasını tələb etməyə çağırırlar.

Bu gün Müsavat Partiyası da Rüstəmlinin azaldığa buraxılmasını tələb edib.

“Siyasi məhbus Saleh Rüstəmlinin aclığı səhhətini və həyatını təhlükə altında qoyub. “Müsavat Partiyası Saleh Rüstəmlinin həbsini qanunsuz hesab edir və onun dərhal azaldığa buraxılmasını tələb edir”, – bəyanatda deyilir.

Liberal Partiyanın bəyanatında da Rüstəmlinin uzun müddət aclıq etməsinə görə vəziyyətilə bağlı narahatlıq ifadə olunub.

Azərbaycan Liberal Partiyası Rüstəmlinin həyatı üçün yaranmış təhlükədən olduqca narahatdır və hakimiyyəti humanizm göstərməyə, onun həyatını xilas etmək üçün həbsdən azad etməyə çağırır”, – partiyanın bəyanatında deyilir.

Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Azərbaycan prezidentinin elan etdiyi hüquq sisteminin islahatına uyğun olaraq, Rüstəmli cəza müddətinin yarıdan çoxunu çəkməsi nəzərə alınmaqla azad edilə bilər.

“Biz inanırıq ki, hakimiyyət Qarabağ müharibəsi veteranının taleyinə biganə qalmayacaq “, – partiyanın bəyanatında bildirilir.

Bu gün Norveç Helsinki Komitəsi Rüstəmlinin azadlığa buraxılması ilə bağlı çağırışını təkrar edib.

Təşkilatın Facebook səhifəsində dərc olunan bəyanatında əvvəlcə Rüstəmlinin oğlu haqda fikirlər yer alıb:

“Atamı gözümüzün önündə yavaş-yavaş öldürürlər”.

Norveç Helsinki Komitəsi hesab edir ki, “İstər Azərbaycanda, istərsə də xaricdə Rüstəmli işinin sarsıdıcı ədalətsizliyinə daimi diqqət göstərilməsə, Azərbaycan hakimiyyəti hərəkətə keçməyəcək”.

“Biz bütün tərəfdarlarımıza, milli hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edərək Rüstəmlinin dərhal azadlığa buraxılmasına və onun həyatını xilas etmək üçün öz seçdiyi müstəqil həkimlər tərəfindən ona təcili tibbi yardım göstərilməsinə çağırırıq”, – bəyanatda bildirilir.—06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button