Loading...
Loading...
Xəbərlər

Saray bələdiyyəsinin sədri həbs edilib

Bununla bağlı bugün, avqustun 1-də Baş Prokurorlugun məlumatında bildirilib

Abşeron rayonu Saray bələdiyyəsinin sədri və başqa şəxslər həbs edilib.

Bununla bağlı bugün, avqustun 1-də Baş Prokurorlugun məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin əməlləri ilə əlaqədar baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

Söhbət Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənovdan, Əmlak Məsələləri Dövlət Xidmətinin ( ƏMDX) Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərovdan, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimovdan və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasovdan gedir.

Onlar bu il iyulun 30-da həbs ediliblər:

Cinayət Məcəlləsinin 308.2 ( vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvətvermə) maddələri ilə… barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Amma, hələlik, ittihama sözü gedən vəzifəli şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Kosovoda yenidən gərginlik yaranıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button