2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Sarkisyanın Azərbaycana gizli gəlişinin SİRRİ ORTAYA ÇIXDI

Martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələn Ermənistan prezidenti Serj Sarkisyanın səfərində üç helikopter detalı diqqət çəkib.

Publika.az xəbər verir ki, “Qraparak” qəzeti təhlükəsizlik mənbələrinə istinadən Sarkisyanın üç helikpterlə Qarabağa gəldiyini yazır.

“Bu, gözlənilən təhlükəni azdırmaq üçün idi. Heç kim prezidentin hansı helikopterdə olduğunu bilmirdi”, – deyə mənbə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, qondarma “DQR”-in keçmiş “müdafiə naziri”, “ORO”-nun (keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” Partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın birgə yaratdığı seçki bloku) üzvü Samvel Babayan Serj Sarkisyana sui-qəsd hazırlamaq ittihamı ilə həbs olunub. İddialara görə, Babayan Gürcüstandan qeyri-qanuni yolla “İqla” zenit-raket kompleksi gətirərək, Serj Sarkisyan və digər yüksək vəzifəli şəxslərin olduğu helikopteri partlatmaq istəyib. Babayan əvvəlcə bu iddiaları qəbul etmədi və özünün siyasi fəaliyyəti ilə bağladı. Əslində Ermənistanda seçkiöncəsi situasiya fonunda baş verənlər daha çox şouya bənzəyir.

Lakin daha sonra Babayan “İqla” zenit-raket kompleksini ölkəyə gətirmək istədiyini etiraf edib. Burada maraqlı məqam “sui-qəsd planı” ifşa edilsə də, Sarkisyanın Qarabağa niyə üç helikopterlə gəlməsidir.

“Qraparak”ın mənbəsi deyir ki, ikinci “İqla” da ola bilər və hücum edilər.

Görünür, ya ölüm qorxusu Sarkisyana belə addım atmağa vadar edir, ya da ikinci həbs dalğası üçün bu ssenari qurulur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button