2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Savçenkonu Ukrayna qəhrəmanı adından məhrum etmək istəyirlər

Ukryana prezidenti Petr Poroşenkonun rəsmi saytında Ali Radanın deputatı Nadejda Savçenkonu Ukrayna qəhrəmanı adından məhrum etmək xahişi ilə petisiya peyda olub. Müraciət iyunun 22-də dərc edilib.

Oxu.az-ın xəbərinə görə, müraciətin təşəbbüskarı yazıb ki, Savçenko Rusiya xüsusi xidmət orqanları tərəfindən fəaliyyətə cəlb edilib və “Ukraynaya buraxılıb”.

Saytların yığılması Saytlarin yigilmasi

“Savçenko “DXR” və “LXR” yaraqlıları ilə birbaşa danışıqların aparılmasının, eləcə də Rusiyaya qarşı sanskiyaların ləğv edilməsinin lazım olduğunu bəyan edib. Bu nədir cənab prezident? Bu insan Ukraynanın qəhrəmanı adını daşıyır?”, – petisiyanın müəllifi dövlət baçısına müraciət edib.

İndiyə qədər müraciəti 6 nəfər dəstəkləyib (25 min imza tələb olunur).

Daha əvvəl, iyunun 22-də Savçenko bəyan edib ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar tədricən ləğv olunmalıdır. Belə ki, bu məhdudiyyətlərdən “Rusiyada olduğu kimi, Avropada da sadə insanlar əziyyət çəkir”.

İyunun 7-də isə o, qondarma Donesk və Luqansk xalq respublikalarının rəhbərləri ilə birbaşa danışıqların aparılmasını təklif edib.

Xatırladaq ki, Poroşenko hərbçini Ukrayna Milli qəhrəmanı adı ilə 2015-ci ilin mart ayında təltif edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button