2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Savchenko: “Sülh danışıqlarına hazıram”

Ukraynalı pilot Nadia Savchenko deyir ki, ölkənin şərqində iki illik münaqişəyə son qoymaqdan ötrü rusiyapərəst separatçılarla danışıqlara hazırdır. O, iyunun 7-də ölkə mediasına danışıb. Deyib ki, separatçı liderlərlə birbaşa sülh danışıqlarının daha səmərəli olacağına inanır, nəinki hazırda Rusiya, Ukrayna, Fransa və Almaniyanın iştirakıyla aparılan qeyri-məhsuldar danışıqların.

“İlk addım Rusiyaya qarşı sanksiyaların uzadılmasıdır. Çünki Rusiya geri addım atmalı olduğunu anlamır. İkinci addım Minsk razılaşmaları olmadan separatçılarla birbaşa kommunikasiya yaratmaqdır. Üçüncü və dördüncü tərəflərin iştirakı olmadan birbaşa daxili kommunikasiya yaradılmalıdır”, Savchenko Radio Era-ya bildirib. O, özünü Donetsk və Luqansk Xalq Respublikaları adlandıran qurumların liderləri Alexander Zakharchenko və Igor Plotnitsky ilə şəxsən görüşməyə hazır olduğunu söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Separatçıların danışıqlardan xüsusi elçisi Denis Pushilin deyib ki, Ukrayna Savchenko-ya elçi statusu verərsə, həmin liderlər də onunla görüşməyə hazırdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button