2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Seçkilər ərəfəsində vətəndaş cəmiyyətinə hücumlar davam edir

Fevralın 6-da iki hökumətyönlü sayt – APA və Musavat Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli barəsində “ifşaedici” məqalələr dərc edib.

Bu məqalələrdə deyilir ki, adı çəkilən Mərkəz növbədənkənar prezident seçkilərinin “antipiarını” aparmaq üçün 15 min manat vəsait alıb.

“Məlumatlı” mənbə bu KİV-lərə bildirib ki, bu vəsaitin bir hissəsi bir qrup müşahidəçinin hazırlanması, onlara təlim keçilməsi və müxtəlif bölgələrə göndərilməsi üçün nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Vəsaitin əsas hissəsindən seçkilər günü xüsusi olaraq öyrədilmiş şəxslər tərəfindən müxtəlif pozuntuların törədilməsi, bunun videoya çəkilməsi və sosial şəbəkələrdə geniş auditoriya arasında yayılması üçün istifadə olunacaq, deyə məqalələrdə bildirilir.

Eyni zamanda, Anar Məmmədlinin Mərkəzinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyi, lakin ofisin icarəsi və əməkdaşlara ödəniş etmək üçün vəsaitə malik olduğu qeyd edilir.

Həmçinin, Mərkəzin 2001-ci ildən fəaliyyət göstərdiyi və seçkilər haqqında bütün məruzələrində seçkilərin beynəlxalq standartlara uyğun olmadığının əksini tapdığı bildirilir. Mərkəzin layihələri USAID, Milli Demokratiya İnstitutu (NDI), Milli Demokratiyaya Dəstək Fondu (NED), “Marşall” Fondu və ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib.

Bu nəşrlər 2023-cü ilin noyabrında AbzasMedia jurnalistlərinin və ölkənin bir sıra digər KİV-lərinin həbsləri başladığı andan etibarən hakimiyyət tərəfindən həyata keçirilən müstəqil və müxalif KİV və QHT-lərin nüfuzdan salınması kampaniyasının üçüncü dalğasıdır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button