2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

Seymur Həzi ona göndərilən məktubları niyə ala bilməyib?

Oktyabrın üçüncü ongünlüyündə sosial şəbəkələrdə «Azadlıq» qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həziyə dəstək məqsədilə «Seymura məktub» kampaniyası keçirildi.

Kampaniya çərçivəsində dörd ildən çoxdur həbsdə olan jurnalistə 133 məktub göndərilib. Məktub yazanlar arasında Seymur Həzinin dostları, jurnalist həmkarlarıyla yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də olub. Ailə üzvləri məktubları Seymurun saxlandığı 17 Saylı Cəzaçəkmə Müəssisəsinə aparsa da, onları ünvanına çatdıra bilməyiblər. Müəssisənin əməkdaşları onlardan məktubları alıblar.

Bu barədə AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı Nigar Həzi danışaraq bildirib ki, məktublar elektron formada göndərilmişdi. Onlar çap edilib və S.Həzinin valideynləri ona aparıblar: «Müəssisədə onlardan alıblar ki, çatdıracağıq. Ancaq çatdırmayıblar. Amma Seymura məktub göndərənlər, ona yazılanlar barədə məlumatlıdır. Ailə üzvləri onu bilgiləndiriblər».

N.Həzi deyir ki, dəstək xarakterli, şəxsə ancaq müsbət təsir göstərə biləcək məktubların ona çatmasına imkan verilməməsi onu incitmək cəhdindən başqa bir şey deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, bu məsələdə heç bir qanuna zidd hal yoxdur. Çünki qanunvericilikdə də göstərilib ki, həbs yerlərinə daxil olan məktublar, nəşrlər və başqa yazılı mətnlər yoxlanmalıdır: «Mətnlərdə məhkumun davranışına, psixologiyasına mənfi təsir göstərə biləcək məlumatların olub-olmamasına baxılmalıdır. Yoxlanılır, heç bir problem yoxdursa, çatdırılır».

M.Sadıqov əlavə edib ki, S.Həzi ilə bağlı məsələni 17 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi ilə dəqiqləşdirib. Deyilib ki, indiyədək ona gətirilən bağlamaların çatdırılmasında heç bir problem olmayıb: «Məktublar da yoxlanılıb veriləcək».

Xatırlatma

«Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş S.Həzi 2014-cü il avqustun 39-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edir və özünü təqsirli bilmir. Deyir ki, M.Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib. S.Həzi həbsinin səbəbini «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələri, «Azərbaycan saatı» proqramındakı çıxışlarıyla əlaqələndirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button