2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Sezen Aksu inanılmaz hala düşdü – Fotolar

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, son dövrdə üst-üstə yaşadığı bədbəxt hadisələr Sezən Aksunu xeyli zəiflədib. Anasının vəfatıyla başlayıb studiyasının yanmasıyla davam edən bir neçə aylıq prosesdə “Minik sərçə” düz 15 kq arıqlayıb.

 İnsan bəzən hər şeydən, hamıdan qaçıb getmək istəyir. Sezən Aksu da bir vaxt bunu yaşadı. Anasının narahatlığı, sonra vəfatı, o vaxt yaşadıqları, ölkənin vəziyyəti və s. səbəblərdən “səhnəyə vida etdim” deyərək öz qınına çəkildi.
Bundan sonra isə Sezenin içində həm ona aid, həm də bilinən və bilinməyən bütün musiqilərin olduğu səs studiyası yandı. Alovların arasından bir neçə qeyddən başqa heç nə çıxara bilmədilər.
Nəhayət bütün bu yaşadıqları Sezen Aksunun səhhətinə çox pis təsir etdi. Sənətçi bir neçə ay rəzində 15 kq arıqlayaraq 50 kq-a düşdü.
Sezenin bu halı isə onu sevənlərə xoş təsir bağışlayıb. İndi onu görənlər arıqlığın Sezenə daha çox yaraşdığını qeyd edərək, gənclik illərinə qayıtdığını deyirlər.
Bu halının bəyənilməsi müğənninin yenidən özünə gəlməsinə, ruhi vəziyyətinin düzəlməsinə kömək edib. Səhnəyə əlvida demiş Sezən yeni mahnılar üzərində işləməyə başalyıb. Yanvar ayında da yeni albom çıxarmağı düşünür.  Albomda 7-si caza yaxın, 7-si pop olmaqla 14 mahnı yer alacaq.
Sezen Aksu 50 kiloya düştü 1.resim
Sezen Aksu 50 kiloya düştü 2.resim
Sezen Aksu 50 kiloya düştü 3.resim
Sezen Aksu 50 kiloya düştü 4.resim
Sezen Aksu 50 kiloya düştü 5.resim
Sezen Aksu 50 kiloya düştü 6.resim
Sezen Aksu 50 kiloya düştü 7.resim
Sezen Aksu 50 kiloya düştü 8.resim

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button