2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Silahlı qüvvələrin ayrı-ayrı sahələri barədə qanunlar hazırlanacaq

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

Parlamentin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, sədrin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

Birinci məsələ Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd edildi ki, qanun layihəsi 18 maddədən ibarətdir. Sazişdə hər iki tərəfdən əməkdaşlıq edəcək orqanların adları, əməkdaşlığın formaları, yardımın növləri və digər məsələlər öz əksini tapıb. Saziş müddətsiz olaraq bağlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun ikinci oxunuşda müzakirə olunub.

Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsi çox mükəmməl hazırlanıb və çərçivə qanundur. Yəni bu qanunun qəbulundan sonra silahlı qüvvələrin ayrı-ayrı sahələri barədə ayrıca qanunlar hazırlanacaq.

Çıxış edən komitə üzvləri Aqil Abbas, Vüsal Hüseynov, Elman Məmmədov qanun layihəsini yüksək qiymətləndiriblər. Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button