Bizim tərcümə

Şimali Koreya 3 qısa mənzilli ballistik raket buraxıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-31 11:39:25

Şimali Koreya rəhbərliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarına və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, raket sınaqlarını davam etdirir.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin bəyanatında deyilir ki, Şimali Koreya Şərq dənizinə doğru üç qısa mənzilli ballistik raket atıb. Bildirilib ki, raketlər yerli vaxtla saat 08:00 radələrində paytaxt Pxenyanın cənubundakı Şimali Hvanxae bölgəsindən buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Şimali Koreyanın ballistik raketlər buraxması beynəlxalq ictimaiyyətdə, eləcə də Koreya yarımadasında sülh və sabitliyə xələl gətirən ağır təxribatdır”, – bəyanatda deyilir. Bildirilib ki, bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsinin “açıq-aşkar pozulmasıdır”. Şimali Koreyanın raket sınağını pisləyən bəyanatda sınaqların dərhal dayandırılması tələb edilib.

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada 3 raketin təxminən 100 kilometr yüksəklikdən atıldığı və təxminən 350 kilometr məsafə qət etdiyi bildirilib. ABŞ-ın Hind-Sakit Okean Qüvvələri də Şimali Koreyanın raket sınaqlarının ABŞ-ın bölgədəki şəxsi heyəti, eləcə də Yaponiya və Cənubi Koreya üçün təhlükə yaratmadığını bəyan edib.

Bildirilir ki, sonuncu dəfə dekabrın 23-də raket sınağı həyata keçirən Şimali Koreya bu il müxtəlif mənzillərə 70 raket atıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button