Bizim tərcüməDünya

Şimali Koreya lideri Kimin yeni hədəfi bütün dünyanı təəccübləndirdi! Bu dəfə raket deyil… ‘Fidyə istəyirlər’

İsrailin əhəmiyyətli şirkətlərindən biri Şimali Koreyadan kiberhücuma məruz qaldı! Ram Levy, Konfidas şirkətinin baş direktoru; “Bu hücumlar bir gecədə baş vermir” dedi. Hücumların çoxunu planlaşdırmaq çox vaxt aparır. Etibarınızı qazanan adamla danışırsınız, sonra da zərərli faylları göndərirlər” dedi.

MYNET – XARİCİ XƏBƏRLƏR

Şimali Koreya İsrail şirkətinin vəsaitlərini sındırmağa cəhd edib. Özlərini şirkətin Yapon tədarükçüsü kimi təqdim edən Şimali Koreyalıların bu cəhdi Konfidas kibertəhlükəsizlik şirkətinin əməkdaşları tərəfindən tez bir zamanda fərq edildi və vaxtında dayandırıldı.

Maliyyə institutlarının sistemlərinə sızmaq və hakerlərlə işləmək Banqladeş Mərkəzi Bankını eyni şəkildə çökdürməyə cəhd edən Şimali Koreyanın məşhur təcrübəsi idi. İsraildə isə bu, yalnız ilk cəhd idi və uğursuzluğa düçar oldu.

Konfidas şirkətinin baş direktoru Ram Levi verdiyi açıqlamada Şimali Koreyanın fərqli sistemdən istifadə etdiyini bildirib. Onun sözlərinə görə, adətən bu cür hücumlar fidyə qarşılığında həyata keçirilir, hakerlər əvvəlcə informasiyaya çıxış əldə edirlər və ya sistemlərə nəzarət edirlər, sonra isə qarşı tərəfi onlardan istifadə etməklə hədələyərək fidyə tələb edirlər.
“Lakin Şimali Koreyanın iş tərzi fərqli idi. Onlarınki sadəcə casusluq etdikləri, pul oğurladıqları və yoxa çıxdıqları bir modeldir. Bu səbəbdən qarşı tərəflə çox ünsiyyət tələb etmir.’

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  15 noyabr üçün Trampdan maraqlı sözlər: Böyük bir açıqlama verəcəyəm

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button