2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şimpanze və oranqutanların musiqi duyumu yox imiş

İngiltərə və Amerikada aparılan bir araşdırma şimpanze və oranqutan kimi böyük meymunların musiqi zövqlərinin olmadığını ortaya qoyub. Araşdırmanın nəticəsi heyvanat bağçalarındakı meymunların musiqi çalınanda özlərini daha yaxşı hiss etdiklərini dair ümumi inancla ziddiyyət təşkil edir.

Araşdırmaçılar xüsusi olaraq hazırlanan musiqi parçalarıyla şimpanzelərin üzərində müşahidə apararaq, heç bir meymunun hər hansı bir parçaya qarşı xüsusi  reaksiya verdiyini qeyd edib. Yəni istər Bethoven, istərsə də Justin Bieber musiqisində meymunlar eyni reaksiyanı göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırmanı icra edən York Universiteti psixologiya bölümündən Emma Vallace “nəticələr musiqinin şimpanzelər üçün bir məna ifadə etmədiyini və zooparkındakı oranqutanların da musiqini bir sıra qarışıq digital səslərdən ayıra bilmədiyini ortaya qoydu ki, bu da musiqinin yalnız insanlara xas bir zövq ola biləcəyini göstərir” deyib.

Əvvəlki oxşar araşdırmalarda şimpanzelərin bioloji olaraq gözəl musiqidən zövq almaq hissiyyatı olduğu açıqlanmışdı.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button