2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sınaq imtahanlarının qiyməti niyə 7 MANATA QALDIRILDI? – FOTOİZAH

Bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üzrə onlayn sınaq imtahanlarının qiymətinin artırılması barədə məlumat yayılmışdı. DİM tərəfindən verilən məlumatda bu artım təsdiqlənmişdi.

24saat.org xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin internet səhifəsində sınaq imtahanlarının qiymətinin 3 manatdan 7 manata qaldırılmasının səbəbləri izah olunub.

Məlumatda bildirilib ki, şagirdlərə ümumilikdə 30 test tapşırığı təqdim olunur. Bunlardan 20-si ana dili, 10-u isə riyaziyyat fənnindəndir. 30 test tapşırığından ana dili fənni üzrə 10 ənənəvi test tapşırığını kompüter, digər 10 test tapşırığının hər birini isə 2 marker yoxlayır. Əgər qiymət fərqi yaranarsa, tapşırıqları yoxlamaq üçün 3-cü marker də cəlb edilir. Riyaziyyat fənni üzrə test tapşırıqları da markerlər tərəfindən bu qayda ilə yoxlanılır. Hər bir test tapşırığının yoxlanması üçün müəllimlərə 0.10 manat pul verilir.

Saytların yığılması Saytlarin yigilmasi

3 marker*20 test tapşırığı*0.10 manat=6 manat

Portaldakı balansınıza yüklənilən məbləğin 3%-i pulköçürməsi xidməti həyata keçirən Golden Pay və Milliön şirkətinə köçürülür.

7*3%=0.21 manat

Portaldakı balansınıza yüklənilən məbləğin 4%-i vergi şəklində dövlətə köçürülür.

7*4%=0.28 manat

Serverin saxlanılması, administrator xidməti, portalda xidmət göstərilməsi, test tapşırıqlarının hazırlanması və ekspertizadan keçirilməsinə xərclənən vəsaiti də nəzərə alsaq, hər bir test variant üçün 0.51 manat vəsait xərclənmiş olur.

Beləliklə, 6 manat+0.21 manat+0.28 manat+0.51 manat=7 manat

Publika.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button