Loading...
Loading...
Xəbərlər

Sinoptiklər Bakıda qar yağacağını proqnozlaşdırırlar

Bakı/21.12.21 Sinoptiklər Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyini proqnozlaşdırırlar.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya xidmətinin məlumatına görə, dekabrın 22-dən 25-dək Bakıda və Abşeronda yağıntı gözlənilir. Dekabrın 23-də və 24-də bəzi yerlərdə sulu qarqar yağacaq.

Dekabrın 23-də şimal-qərb küləyinin sürəti saniyədə 15-18 metr, bəzən isə 20-23 metrə çatacaq.

Əvvəlki günlərlə müqayisədə havanın temperaturu 5-8 dərəcə enəcək.

Ölkənin bir sıra rayonlarında da yağıntı gözlənilir.

Dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq. -05D06-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button