Loading...
Loading...
Xəbərlər

Sinoptiklər qarın güclənəcəyini proqnozlaşdırırlar

Bakı/23.12.21 Dekabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda deyilir,

Havanın temperaturu gecə 2 dərəcə  şaxtaya enəcək, gündüz müsbət 3+5 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava bəzi yerlərdə arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu gecə 4 dərəcə şaxta,   gündüz müsbət 3+7, dağlarda gecə 8-13 dərəcə,  gündüz 2-7 dərəcə şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq-05D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button