2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

“Siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm” – İlham Əliyev

“Tütünçülüyün böyük potensialı var. Biz bu sahəni də bərpa etməliyik. Sovet vaxtında indikindən 10 dəfə, bəlkə də ondan da çox tütün tədarük edilirdi. İndi bu il 3 min hektarda tütün əkilibdir və təqribən 3-4 min ton quru tütün tədarük ediləcək. Biz bu rəqəmi qısa müddət ərzində 10 min ton səviyyəsinə qaldırmalıyıq. Buna da nail olmaq mümkündür. Pambıqçılıqda olduğu kimi, subsidiyalar verilir”.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

“Əlbəttə ki, yeni, müasir siqaret fabriklərinin tikintisi də nəzərdə tutulmalıdır. Ona görə yox ki, bizim vətəndaşlar daha çox siqaret çəksinlər, xeyr, siqaret çəkmək çox pis vərdişdir. Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq. Ancaq bunun ixracı çox gəlir gətirən bir sahədir və təbii şəraiti olan ölkədə tütünçülüyün inkişaf etdirilməməsi başadüşülən deyil. Ona görə, biz tezliklə bu sahədə ciddi artıma nail olmalıyıq. Mən real rəqəmi səsləndirirəm. Bir daha demək istəyirəm ki, 10 min ton quru tütünün tədarükü real rəqəmdir”, – deyə o vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident bildirib ki, indi xalçaçılıq geniş təbliğ olunur: “Bu, bizim qədim sənətimizdir. “Azərxalça” yaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam – Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə iş yerinin yaradılması deməkdir və bu, bizim gözəl ixrac potensialımızdır.

Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də çox ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gətirəcək.

Biz indi az da olsa ət və toyuq ətinin ixracına başlamışıq. Hələ ki, biz özümüzü toyuq əti ilə təmin edə bilmirik. Ancaq ixrac da artıq başlanıb və bu, yaxşı haldır. Ümid edirəm ki, yaxın zamanlarda özümüzü tam şəkildə təmin edəcəyik və ixrac potensialı daha da artacaq.

Heyvandarlığın inkişafı gedir, cins mal-qara gətirilir, Süni Mayalanma Mərkəzi yaradılıb. Biz bir neçə il ərzində böyük potensial yaratmalıyıq ki, özümüzü həm süd və həm də ət məhsulları ilə tam şəkildə təmin edək. Cins mal-qaranın gətirilməsi və cinsin yaxşılaşdırılması prosesi daha da geniş vüsət almalıdır. Yeni fermalar yaradılmalıdır. Sahibkarlar buna daha böyük diqqət göstərməlidirlər. Biz süd məhsulları ilə özümüzü təxminən 80 faiz səviyyəsində təmin edirik. Bir neçə il ərzində tam təmin edə bilərik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button