2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Siyasi Sistemin İsveç-Skandinaviya modeli

Vəkil Fəxrəddin Mehdiyev  tez-tez öz məqalələri ilə saytımızın qonağı olur. Onun müxtəlif məsələlərə hüquqı  yanaşması oxucular tərəfindən rəğbətlə qarşılanır. Son dövrlərdə Fəxrəddin Mehdiyevin  yazılara ara verməsi səbəbsiz deyilmiş. Hörmətli vəkilimiz bu dəfə izləyicilərimiz qarşısına yeni kitabla gəlib. Müəllif “Siyasi sistemin İsveç-Skandinaviya modeli”adlanan əsəri iləöz düşüncələrini ictimaiyyətə çatdırmaq istəyib.Azadliq.info redaksiyası da kitabdan müəyyən  hissələriöz oxucularına təqdim etmək qərarına gəlib. Bu dəfə əsərin giriş hissəsini təqdim edirik.

 

Saytların yığılması Saytlarin yigilmasi

Сoğrafi mövqeyinə,  siyasi   idarəçiliyinə, iqtisadi və sosial inkişaf göstəricilərinə görə İsveç, Norveç, Danimarka, Finlandiya və İslandiyaSkandinaviya ölkələrinə  aid edilir. Skandinaviya ölkələri  əhalisinin yüksək həyat səviyyəsinə ,  ən yaxşı sosial təminat sisteminə,  sosial iqtisadi inkişafına, insan hüquq və azadlıqlarının təminatına görə uzun illərdir ki,   dünya ölkələri arasında   liderlik edir.

 

BMT-nin hazırladığı  xoşbəxtlik indeksinə görə Skandinaviya ölkələri  birinci onluğa aid olan  ölkələrin siyahisna  daxildirlər. Ölkə əhalisinin Xoşbəxtlik indeksi BMT tərəfindən işlənib hazırlanır və həyat səviyyəsinin kompleks göstəriciləri ilə  xarakterizə olunur.  Bu göstəricilərə aiddir:  Adambaşına düşən ümumi daxili məhsulun  həcmi,   insanların orta ömür müddəti, cəmiyyətdə qarşılıqlı yardım və qayğının dərəcəsi, xeyriyyəçiliyin inkişafı, insanların həyat yolunu  seçmə azadlığı və s. Xoşbəxtlik indeksi üzrə tərtib edilən siyahıda Danimarka birinci, İslandiya üçüncü, Norveç dördüncü, Finlandiya beşinci, İslveç onuncu yerdə qərarlaşır.

 

BMT-nin  hər il işləyib hazırladığı İnsan İnkişafi İndeksinə görə də  Skandinaviya ölkələri liderliyi özlərində saxlayırlayırlar. Uzun illərdir ki, Norveç insan inkişafı indeksinə görə  birinci yerdə qərarlaşır, digər Skandinaviya ölkələri də insan inkişafı indeksı üzrə siyahıda birinci onluğa daxil olullar.

 

Freedom  House təşkilatının yaydığı məlumata görə Finlandiya, İslandiya və Norveç dünyanın ən azad ölkələridirlər.  Sosial tərəqqi indeksinə görə yenə də Norveç, İsveç və İsveçrə reytinqdə birinciliyə layiq görülmüşlər.   Britaniya Analitik Mərkəzinin   hazırladığı hesabata görə rifah indeksinə görə Norveç, Finlandiya, Yeni Zenlandiya liderlik edirlər. Qanunların Aliliyi indeksinə görə isə Danimarka, Norveç, Finlandiya, İsveç və Niderland liderlik edirlər.

 

Ölkələrin inkişaf indeksinə görə də 2015-ci il üzrə birinci beşliyə Norveç, İsveç, İsveçrə, Danimarka, Yeni Zellandiya daxil olmuşdur.

 

Ölkələrin sərvəti və rifahı əsasında inkişaf və çiçəklənmə indeksi müəyyən edilir. Həmin indeks:  sosial kapital, iqtisadiyyat, səhiyyə, şəxsi azadlıqlar, sahibkarlıq, təhsil, təhlükəsizlik, idarəetmə meyarları əsasında müəyyən edilir.

 

2015-ci ilin analar üçün rifah ölkələrin siyahisina Norveç liderlik edir. Finlandiya və İslandiya isə ikinci və üçüncü yerlərdə qərarlaşırlar.

İsveç-Skandinaviya modelinin iflasa uğradığı haqqında bəzən  yazılar  dərc olunur,  söhbətlər gedir.  Lakin  iflas söhbətləri özünü doğrultmur və böhranlar vaxtı  həmin model yenidən  sınaqdan çıxır və daha da inkişaf edir.  İsveç tarixçisi, professor Lars Treqord bu barədə belə yazır: “Hər böhrandan sonra İsveç modelinin sonu haqqında danışıllar. Lakin İsveç modeli  böhrandan sonra  əvvəlkindən də yaxşı işləyir.  Və bir gün gələcək,  o zaman bütün dünya  bərabərlik və azadlıq  istəyəcək, necə ki,  hazırda İsveçin vətəndaşları bu dəyərlərdən xoşbəxtlik əldə etmişlər.”

 

Siyasi, iqtisadi, sosial mədəni sahələri yüksək inkişaf səviyyəsinin xarakterizə edən həmin   siyasi davam etdirmək olar və bünün üçün  məlumatlar çoxdur. Bütün bunlar İsveç və ya Skandinaviya modeli kimi xarakterizə  edilən siyasi modelin gücündən və üstünlüklərindən xəbər verir.

 

Təsadüf deyil ki, Skandiviya ölkələri  miqrantlar, tələbələr üçün çox cəlbedicidir.

 

Bütün bu məlumatlar  bizdə  Skandinaviya ölkələrinin inkişaf qanunauyğunluqlarını öyrənmək marağını  yaratdı.

 

Dünyada  bütün  hadisələr və proseslər səbəb nəticə qanununa tabedirlər.  İnkişaf da müəyyən qanunauyğunluqlarla, səbəblərlə əlaqədardır. Skandiviya ölkələrinin siyasi, iqtisadi sosial sistemi həmin ölkələr  üçün ümumi olan  qanunauyğunluqlarla   fərqlənirlər.  Fikrimizcə,  ən başlıcası iki səbəb rol oynayır.

 

Birincisi, Skandinaviya ölkələrində hüquqi dövlətin mükəmməl forması yaradılmışdır. İkincisi, insan kapitalına qayğı, diqqət dövlətin ali məqsədidir.  İnsan kapitalı ölkənin əsas sərvəti hesab olunur. Dövlətin bütün siyasəti insankapitalının qorunmasına, inkişafına köklənmişdir. Məhz ona görə də insan inkişafı indeksinə görə Skandivaiya ölkələri  liderliyi saxlayırlar.

 

Eyni zamanda qeyd etmək lazimdir ki,  Skandinaviya  ölkələrin  də   özünəməxsus  problemlər mövcuddur, lakin Skandinaviya  modelinin gücü ondan ibarətdir ki, yaradılmış mexanizm  problemi  vaxtında  aşkar etməyə, çağrılşlara  cavab  verməyə qadirdır.

 

Ümumiyyətlə,  Skandinaviya ölkələrinə xas olan  bir inkişaf yolu vardır.  Bu yol İnsan kapitalına qayğı və insan inkişafı yoludur. Ona görə də idarəetmənin bu zəngin təcrübəsini öyrənmək  böyük nəzəri və praktiki əhəmiyyətə malikdir. Hazırki  tədqiqat həmin  xoş məramdan yaranmışdır.

 

 

 

 

 

 

 

 

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button