Loading...
Loading...
Xəbərlər

SOCAR Ermənistandakı bitum zavodunun alınması barədə Ermənistan KİV-in məlumatlarını təkzib edib

Bakı/22.01.22 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistanın Stepanavan qəsəbəsindəki bitum zavodunun planları ilə bağlı Ermənistan KİV-in məlumatlarını təkzib edib.

Bu məlumatlara görə, SOCAR Gürcüstan vasitəçilərinin əliylə bu zavodu almaq niyyətindədir.

SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi İbrahim Əhmədov bu iddiaları təkzib edib.

O, Azərbaycan kütləvi informasiya vasitələrinə şərhində işarə edib ki, Ermənistandakı bitum zavodu SOCAR kimi sənaye nəhəngi üçün maraq doğura bilməz.

Qeyd edək ki, həmin müəssisə Stepanavan qəsəbəsindədir və artıq bir neçə ildir ki, fəaliyyət göstərmir.-02D-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button