2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şolts və Bayden: Putin imperialistdir, Konqres Ukraynaya yardım ayrılmasını dəstəkləməlidir

Cümə günü ABŞ prezidenti Bayden və Almaniya kansleri Olaf Şolts Vladimir Putinin bəyanatlarını “axmaq” adlandırıblar və Ukraynanın müttəfiqləri hərbi dəstəyi və maliyyə yardımını artırmasalar, Rusiyanın qələbə qazana biləcəyi haqqında xəbərdarlıq ediblər.

Cümə günü hər iki lider KOnqresi Ukrayna üçün əlavə yardıma razılıq verməyə çağırıblar, xəbəri Turan-ın müxbiri verib.

Rusiyanın Ukraynaya təcavüzü fonunda Almaniya və Birləşmiş Ştatlar bütün dünyada sülhün qorunmasında mühüm rol oynayır, deyə Şolts bildirib. O, “əsl imperialist” kimi hərəkət edən Putinin sonuncu müsahibəsini “axmaq” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Ümid edirəm ki, Konqres, Nümayəndələr Palatası zəruri dəstəyin verilməsi haqqında qərar qəbul edəcək, çünki Birləşmiş Ştatların və Avropa dövlətlərinin dəstəyi olmadan Ukrayna davam gətirməyəcək”, deyə Şolts qeyd edib.

Bayden öz növbəsində Konqres Ukraynanı dəstəkləməsə, bunun “cinayət” olacağını deyib.

Şolts Rusiyanın sərhədlərin güclə dəyişdirilməməli olduğunu başa düşməkdən imtina etməsinin sülh və təhlükəsizlik üçün təhdid olduğunu bildirib. “Məhz buna görə biz bütün zəruri qərarları məhz indi qəbul etməliyik”, deyə o qeyd edib.

İki lider həmçinin Yaxın Şərqi müzakirə ediblər. Şoltsun sözlərinə görə, ABŞ və Almaniya “İsrailin öz ölkəsini müdafiə etmək hüququnu dəstəkləyir”. Lakin eyni zamanda hər iki ölkənin “müharibənin müharibə qanunlarına uyğun aparılmalı olması və humanitar yardımın Qəzzəyə çatdırılmalı olması” ilə razı olduqlarını vurğulayıb.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button