2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

”Son 9 ayda 31 nəfər qeyri-döyüş şəraitində ölüb”

Xəzər Hərbi Tədqiqatlar İnstututu qeyd edir ki, ölən hərbçilərdən 4 nəfərinin adı ”Casus qalmaqalı” ilə bağlıdır

2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 48 hərbi qulluqçu ölüb. Onların 17 nəfəri döyüş, 31 nəfəri isə qeyri-döyüş itkisidir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Xəzər Hərbi Tədqiqatlar İnstitutu yayıb.

Bildirilir ki, Silahlı Qüvvələrin 17 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub:

Eyni zamanda 4 hərbçi xəstəlik nəticəsində, 5 nəfərin intihar etdiyi, 4 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu, tank və ağac altında qalma) dünyasını dəyişdiyi qeyd olunub.

10 nəfər naməlum hadisə səbəbindən, 4-ü əsgər yoldaşının açdığı atəş, 3 nəfər avto-qəzadan, biri xilasetmə tədbirləri nəticəsində ölüb.

Ölənlərin 14 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 24 nəfəri əsgər, 2 nəfəri gizir, 8 nəfərsə zabit olub. Onların 41 nəfəri Müdafiə Nazirliyinin, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfərsə Daxili Qoşunların hərbi qulluqçuları olublar.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu  bildirir ki, ötən dövrdə ümumilikdə 12 hərbi qulluqçu yaralanıb, yaxud xəsarət alıb. 3 hərbçi erməni gülləsindən yaralanıb, 2 hərbçi isə avto-qəza nəticəsində xəsarət alıb. 4 nəfər xilasetmə əməliyyatları çərçivəsində xəsarət alıb, 3 nəfərin xəsarət almasının səbəbələri açıqlanmır.

İnstutut qeyd edir ki, ölən hərbçilərdən 4 nəfərinin adı „Casus qalmaqalı“ ilə bağlıdır, onlar barədə sosial şəbəkələrdə və eyni zamanda online mediada məlumat yayılıb.

Bundan əlavə hərbi ilə bağlı məsələlər səbəbindən ötən dövrdə azı 7 dinc sakin həlak olub. 2 nəfər erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4 nəfərsə naməlum səbəblərdən həyatını itirib. Bir mülki şəxs erməni gülləsindən yaralanıb.

Bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Müdafiə Nazirliyi ölən və yaralananlar haqda statistika açıqlamır.

meydan.tv

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button