Bizim tərcümə

Son dəqiqə: İspaniyada həyəcan! Daha bir şübhəli bağlama tapıldı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-01 15:46:25

Ukraynanın Madriddəki səfirliyində zərfin açılması zamanı bir nəfərin yaralandığı partlayışdan sonra İspaniya Müdafiə Nazirliyində daha bir şübhəli bağlama tapılıb.

HƏNG, TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ ARTIB

Saytların yığılması Saytlarin yigilmasi

İspaniya Daxili İşlər Nazirliyi şübhəli paketdən sonra təşvişə düşüb və ictimai binaların təhlükəsizliyinin artırılmasını əmr edib.

Səlahiyyətlilərdən verilən açıqlamada şübhəli paketin dünən Madriddə partlayan bombaya bənzədiyi iddia edilib.

SİLAH FABRİKA DA GÖNDƏRİLİB

Ötən gün Ukraynanın İspaniyadakı Madrid səfirliyinə göndərilən və bir zabitin yaralanmasına səbəb olan bomba zərfi ilə bağlı başladılan araşdırmalar davam edərkən, oxşar hadisənin başqa bir silah şirkətində də yaşandığı üzə çıxıb. İspaniya polisindən verilən açıqlamada, dünən axşam saatlarında Ukraynaya C90 reaktiv yaylım atəş sistemini təmin edən silah firması Instalaza-ya Zaragoza şəhərində məktub bombası göndərildiyi bildirilib. Zərf açılmamışdan əvvəl təhlükəsizlik qüvvələrinə məlumat verildiyi, Ukraynanın Madrid səfirliyinə göndərilənə bənzər əl istehsalı bombanın olduğu bildirilib. Bombanın nəzarətli şəkildə partladıldığı və xəsarət alan olmadığı bildirilib.

İspaniya Müdafiə Nazirliyindən verilən açıqlamada, bu gün Torrejon de Ardozdakı Hərbi Hava Qüvvələri bazasında yerləşən Avropa Birliyinin Peyk Mərkəzinə partlayıcı maddənin olduğu ehtimal edilən paketin göndərildiyi açıqlanıb. Bildirilib ki, bağlama rentgen aparatı ilə skan edildikdən sonra içərisində “mexanizm” olduğu müəyyən edilib. Bildirilib ki, aviabazaya gücləndirici təhlükəsizlik qüvvələri yerləşdirilib.

DÜNEN NƏ OLDU?

Ötən gün yerli vaxtla saat 13:00 radələrində İspaniyanın paytaxtı Madriddəki Ukrayna səfirliyinə üzərində bomba olan zərf göndərilib və zərfi açan səfirliyin əməkdaşı yüngül xəsarət alıb. Zərfin kimin tərəfindən göndərildiyi məlum olmasa da, onun Ukrayna səfiri Serhii Pohoreltsev-ə göndərildiyi açıqlanıb. İspaniya Milli Məhkəməsi hücumla bağlı istintaqa başlayıb. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba insidentdən sonra bütün Ukrayna səfirliklərində təhlükəsizliyin artırılmasına göstəriş verib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button