BİZİMLƏ ƏLAQƏ

Heç bir hüququmuz qorunmur, amma siz yenə də qorunurmuş kimi davranın və saytda gedən özəl yazılardan istifadə zamanı 24saat.org və ya az24saat.org saytına istinad edin…

24saat.orgaz24saat.org saytı Mətbuat Şurası və Media Klubunun üzvü deyil, heç bir zaman da olmayacaq. Saytla qarşı tərəf arasında mübahisə yaranarsa, bu mübahisənin birbaşa sayt və ya məhkəmə strukturları ilə həlli məsləhət görülür!

Baş redaktor: Vüqar Qurdqanlı (Ələkbərov)

Əlaqə üçün form

Son illərdə Azərbaycanda körpələrə daha çox eyni adlar qoyulub – siyahı

Son 6 ildə Azərbaycanda uşaqlara daha çox eyni adlar qoyulub.  2011-ci ildə körpələrə ən çox qoyulan 10 kişi adı Yusif (4170), Əli (2923), Hüseyn (2787), Məhəmməd (1914), Murad (1636), Ömər (1417), Kənan (1353), Nihad (1343), İbrahim (1149) və Fərid (1042) olub.
Ötən il də Yusif (3395), Hüseyn (2360), Əli (2197), Ömər (1750), Məhəmməd (1437), Murad (1320), Tunar (1293), Uğur (1242), Ayxan (1188) və İbrahim (915) ən çox qoyulan oğlan adlarıdır.
Bundan başqa, 2011-ci ildə qızlara ən çox Zəhra (3756), Nuray (3609), Fatimə (3100), Ayan (1657), Zeynəb (1626), Aylin (1596), Fidan (1515), Xədicə (1501), Leyla (1345) və Gülay (1193) adları verilib.
Ötən il isə yenə də Zəhra (3006), Nuray (2172), Fatimə (1908), Zeynəb (1859), Aylin (1665), Məryəm (1572), Mələk (1380), Ayan (1350), Mədinə (1092) və Dəniz (1071) ən çox qoyulan adlar sırasındadır.
Siyahıdan da göründüyü kimi, körpələrə verilən adlar arasında xüsusilə ilk beşlikdə duranlar eyni ilə qalıb.
Qeyd edək ki, bu il oğlanlara yenə də daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar, İbrahim, qızlara isə Zəhra, Nuray, Zeynəb, Fatimə, Məryəm, Aylin, Dəniz, Mələk, Damla və Ayan adları qoyulub.

Report

24saat.org

Mənbə – azadliq.info

Paylaş:

Trampın impiçmentini tələb edənlərin sayı milyonu keçib

Sonrakı Yazı »

Xarici siyasətin növbəti fiaskosu

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.