ABŞ-da supermarketdə baş verən hadisə sosial mediada gündəm olub. Kameralara əks olunan görüntülərdə kassada növbə gözləyən qadın arabası ilə qarşıdakı kişiyə çırpılır. Qəzaya görə əsəblərini cilovlaya bilməyən kişi qadının üstünə başqa bir araba atır.
Zərbənin gücündən yerə yıxılan qadının bir müddət yerdən qalxa bilmədiyi görünür. Vəziyyətinin yaxşı olduğu bildirilən qadının təcavüzkardan şikayət etməsi də daxil olan məlumatlar arasındadır.
Tərcümə“24 SAAT”