2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sosial yardımın təyin olunmasına məmur müdaxiləsi… – Nazirlikdən AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının avtomatlaşdırılmış infrastrukturunun yaradılması, cari il fevral ayının 15-dən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) tətbiqinə başlanılması dövlət sosial yardımı sahəsində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşmasına imkan verib.


Bunu Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O vurğulayıb ki, “Elektron Hökumət” kifayət qədər geniş spektrlərini əhatə edən VEMTAS ötən müddətdə gözlənilən səviyyədə  özünü doğruldaraq, dövlət xidmətlərinin təşkilində elektron texnologiyaların tətbiqi yolu ilə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılması və vətəndaşların şəffaf xidmətlərlə təminatına nail olunması sahəsində ölkəmizin bir uğurlu islahat təcrübəsidir.  Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətin edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması barədə qərar qəbulu, habelə həmin qərarlar barədə vətəndaşların məlumatlandırılması prosesinin tam avtomatlaşdırılmış şəraitdə, heç bir məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir:

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button