2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

SSRİ generalının Qarabağla bağlı gizli raportu -Foto

Məşhur dissident Vladimir Bukovski SSRİ arxivlərindən olduqca maraqlı və gizli sənədləri paylaşıb.

Sözügedən sənədlər içərisindən 1991-ci ilin 1 avqustunda SSRİ Daxili İşlər nazirinin 1-ci müavini general-polkovnik İvan Şilovun (hələ də yaşayır – red.) erməni silahlılarının əməllərini əks etdirən raportunu təqdim edir. Yeri gəlmişkən qeyd edək ki, bu raport SSRİ rəhbərliyinin hücumları kimin təşkil etməsi, ermənilərin qanunsuz silahlı qruplarının mülki əhaliyə qarşı necə vəhşiliklər törətməsi barədə müfəssəl məlumata sahib olduqlarını bir daha üzə çıxarırıq:
“Azərbaycanda situasiya gərginləşir. İyulun 30-u saat 16:00 radələrində erməni millətçilərindən ibarət qrup tərəfindən Gədəbəy rayonunun Göyəlli kəndinə hücum cəhdi olub. Milis əməkdaşları və hərbçilər hücumun qarşısını alıblar. Xəsarət alan yoxdur.
Eyni günün axşamı Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun (indiki Xocavənd ərazisi – red.) Zəmzur kəndində erməni silahlıları yolu minalayaraq, avtomat silahlardan yük maşınını atəşə tutublar. İki dinc sakin (azərbaycanlı) öldürülüb. Hadisə yerindən tank əleyhinə mina götürülüb.
İyulun 31-i saat 18:30 radələrində DQMV-nin Mardakert (indiki Ağdərə – red.) rayonunun Drambon kəndi (indiki Heyvalı kəndi – red.) ərazisində daxili qoşunların karvanı atəşə tutulub. Nəticədə 4 hərbçi və “Perm gənclik qəzeti”nin əməkdaşı yaralanıb. İki BTR zədələnib”.(Axar.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button