2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Stalinin oğlu əsirlikdə olubmu?

Sovet ittifaqı rəhbərinin oğlunun əsirlik həyatı ilə bağlı müəmmalı faktlar ortaya çıxıb

 

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya Federal Mühafizə Xidməti və Müdafiə Nazirliyinin ekspetləri 2000-ci illərin əvvəlində Yakov Cuqaşvilinin əsirlikdən atası Iosif Stalina yazdığı məktubun saxta olduğunu sübut edib. Həmçinin Yakovun alman təbliğatının istifadə etdiyi şəkilləri də saxta olub. Şəkillərin altında sovet əsgərlərinə “Stalinin oğlu kimi” əsir düşmək çağırışı edilirdi. Bəzi Qərb mənbələri Yakovun müharibədən sonra sağ olduğunu deyir.
Stalin böyük oğlu ilə 13 il görüşməyib. Sonuncu dəfə oğlunu 1907-ci ildə, Yakovun anası Yekaterina Svanidze dünyasını dəyişəndə görüb. Oğullarının o zaman heç bir yaşı olmayıb. Uşağın qayğısını Kutaisidə yaşayan xalası, dayısı və babası öz üzərinə götürüb.
Böyük oğlunu Stalin növbəti dəfə 1921-ci ildə, artıq Yakovun 14 yaşı olanda görüb. Ancaq oğluna çox diqqət ayırmayıb. Yalnız arada pul göndərib.
Atasının məsləhəti ilə Yakov arteleriya akademiyasına qəbul olur. 1941-ci ilin iyunun 23-də cəbhəyə yola düşəndə isə atası ilə görüşə bilmir.
Yakov Cuqaşvili cəbhədə məktub da göndərə bilmir. 1941-ci ilin iyulun 16-da almanların əlinə elə bir əsir keçir ki, bunu onlar yalnız arzu edə bilərdi. Stalinin oğlunun əsir düşməsi xəbəri qısa müddətdə bütün cəbhə boyu yayılır.
Belə ki, 1941-ci ilin iyulun 11-də Almanlar Vitebski ələ keçirir. Nəticədə üç ordu mühasirəyə düşür. Onların içində batareya komandiri baş leytenant Cuqaşvilinin xidmət etdiyi diviziya da var idi.
Komandanlıq Yakov Cuqaşvilini unutmur. Onlar anlayırdı ki, Stalinin oğlunun ölümü yaxud əsir düşməsi istənilən ranqda komandirlərə baha başa gələ bilərdi. Ona görə də diviziya komandiri geri çəkilərkən Yakovu da aparmaq tapşırığı verir. Yakov bu təklifdən imtina etsə də, əmr yerinə yetirilir. Bununla belə iyulun 16-dan 17-ə keçən gecə mühasirədən çıxanlar arasında Yakov Cuqaşvili yox idi.

“Cuqaşvili hara yoxa çıxıb”

 

Ilk qəribəlik burda yaranır. Əgər mühasirədən çıxarkən Yakovun da aparılması ilə bağlı əmr verilmişdisə, niyə o yoxa çıxandan sonra 4 gün axtarılmayıb. Yalnız iyulun 20-də Jukov Yakov Cuqaşvilinin yerinin müəyyən edilməsi ilə bağlı əmr verir.
Bu əmr də 4 gün sonra, iyulun 24-də yerinə yetirilir. Yakovu axtarmağa gedən motosikletçilərin söhbəti isə situasiyanı tamamilə dolaşdırır. Belə ki, motosikletçilər Kasplya gölünün sahilində əsgərlə rastlaşırlar. O iyulun 15-də Yakovla mühasirədən çıxdığını, lakin fərqli istiqamətlərdə getdiklərini deyir. Yakovu axtaran qrup isə Cuqaşvilinin artıq mühasirədən salamat çıxşdığını güman edib geri qayıdır. Ancaq bu o qədər də inandırıcı səslənmir.
Cuqaşvilinin dostu Ivan Sapeqinin onun qardaşı Vasili Stalina 1941-ci ilin avqustun 2-də yazdığı məktubdan sonra situasiya bir qədər aydınlaşır. Məktubdan məlum olurdu ki, mühasirədən çıxarkən diviziya komandiri Yakovun taleyi ilə maraqlanmayıb. 1941-ci ilin avqustun 13-ə qədər Yakov Cuqaşvilinin aqibəti barədə heç bir məlumat yox idi.
Avqustun 13-də isə almanların atdığı vərəqələr tapılır. Vərəqədə sovet əsgəri və mətn var idi – “Bu Stalinin böyük oğlu Yakovdur. Ondan nümunə götürüb təslim olun”.
Bu məlumat dərhal Stalinə çatdırılır. Avqustda daha bir vərəqə yayılır. Bu, Yakovun atasına məktubu idi. Məktubda Yakov əsirlikdə olduğunu və yaxın vaxtlarda Almaniyaya aparılacağını yazırdı.
Bunun ardınca bir neçə dəfə sovet qoşunlarının yerləşdiyi ərazilərə vərəqələr atılır. Ancaq bir məqam heç kimin diqqətini cəlb etmir. Nədənsə avqust ayında Stalinin əsir oğlunun əynində qış geyimi var idi.

“Əsirlikdə Yakov Cuqaşvili adı ilə kim saxlanılırdı?”

1948-ci ildə Almaniyada sovet tərcüməçisi Yakov Cuqaşvilinin dindirilmə protokolunu tapır. Orada əsirin üstündə heç bir sənədin olmadığı və onun özünü Stalinin oğlu kimi təqdim etdiyi yazılırdı. Həmçinin hələ artileriya akademiyasında oxuyarkən yalnız xarici dilində qeyri-kafi qiymət alan Yakovun bir neçə xarici dildə mükəmməl danışdığı yazılmışdı. Dindirilmə protokolu tapılan bu adam kim idi? Bu həqiqətən də Yakov Stalin idi, yoxsa özünü Stalinin oğlu kimi təqdim etməklə əsirlikdə aqibətini yüngülləşdirmək istəyən başqa bir şəxs idi? Ancaq protokollardan belə başa düşmək olur ki, Yakov almanlarla əməkdaşlıq etməkdən imtina edib. Daha sonra əsir Berlinə göndərilir və ona nəzarəti qestapo həyata keçirir. Yakov Cuqaşvilini təbliğat aksiyalarında iştiraka cəlb etmək üçün bir neçə uğursuz cəhddən sonra o əvvəl “Lübek”, daha sonra “Xomelburq” konslagerinə yerləşdirilir. Bu da qəribə görsənir. Berlində Stalinin oğluna yer tapılmır və almanlar oyunda belə bir fürsətdən yararlanmaq istəmir?
Maraqlıdır ki, iki illik əsrlik dövründə almanlar bir dəfə də olsun Yakovun bir kadrını belə çəkməyib, hətta səsi də yazılmayıb. Bu da qəribə görsənir. Yakovla eyni konslagerdə qalanlar isə əvvəl onu tanımayıb.
Görünür bu Almaniya xüsusi xidmət orqanlarının mükəmməl əməliyyatlarından biri olub. Bununla da bir gülləyə iki dovşan vururdular: həm Stalini gərginlikdə saxlayır, həm də düşmənin hərəkətlərini izləmək imkanı əldə edir. Yakovu azad etməyə cəhd edən qrupların heç biri buna nail ola bilməyib. Əvəzində almanlar bu qrupların hərəkətlərini izləmək imkanı əldə edib.

“Müəmmalı şəraitdə ölüm”

Yakovun hansı şəraitdə ölməsi haqqında faktlar da müharibədən sonra məlum olub. Onun saxlanıldığı konslagerin mühafizəçisinin izahatında bəlli olur ki, 1943-cü ilin aprelin 14-də axşam saat 8 radələrində Yakov yüksək gərginliyin keçdiyi məftillərə tərəf atılır. Mühafizəçi onu dayandıra bilmədiyindən başından atış açır. Bu da  qəribədir. Çünki 500 volt gərginliyin üstünə atılan adam dərhal ölür. Bu halda onun başından atəş açmağa nə ehtiyac var idi. Burdan belə nəticəyə gəlmək olur ki, Yakov, yaxud özünü Yakov kimi təqdim edən bu şəxs əvvəl güllələnib, sonradan məftilin üstünə atılıb.
Nəyə görə Yakovun ölümü onun feldmarşal Paulsla dəyişdirilməsinə dair danışıqlar gedən zaman baş verib? Bu təsadüfdürmü? Nəhayət, nəyə görə Yakovun məftilin üstündə şəkli aydın deyil? Şəkildəkinin kim olduğunu ayırd etmək çətindir.

“Əsirlikdə çəkilən şəkillər saxta olub”

2002-ci ilin yazında Federal Mühafizə Xidmətinin rəsmi müraciətindən sonra Yakov Cuqaşvilinin şəkilləri və əsirlikdən yazdığı məktubun ekspertizası keçirilib. Onun müharibədən əvvəlki yazıları ilə müqayisə xətt arasında böyük fərqin olduğunu ortaya çıxarıb.
Ekspertlər daha 11 uyğunsuzluq müəyyən edib.
Məlum olub ki, 1941-ci ilin iyulun 19-da Stalinə yazılan məktubun müəllifi Yakov deyil. Yəni Yakov əsirlikdən atasına məktub yazmayıb.
Ikinci uyğunsuzluq şəkillərlə bağlıdır. Alman arxivlərindən götürülən şəkillərin də Yakova məxsus olmadığını müəyyənləşib.
Şəkillərin fotomontaj olduğu ortaya çıxıb. Almanlar şəkilləri montaj edərkən bir sıra xırdalıqlara əhəmiyyət verməyib.
Məsələn, şəkillərdə işığın düşdüyü istiqamət və kölgələr düzgün müəyyənləşdirilməyib. Yaxud dindirilmə zamanı çəkilən şəkildən Yakov Cuqaşvili kimi təqdim olunan əsirin görkəmi qüsursuz deyil. Burada da fotomontaj aydın şəkildə sezilir. Həm də dindirilən şəxsin geyimi də qəribədir. Nədənsə avqust ayında əsir düşən şəxsin əynində isti kitel var, özü də kitel qadın geyimində olduğu kimi sol tərəfə düymələnib. Görünür şəkil düzəldilərkən bu nüanslar nəzərə alınmayıb.

“Yakov müharibədən sonra Isveçrədə peyda olur”

Məlum olan bir şey var: 1941-ci ilin iyunun 23-də müharibəyə gedən Stalinin böyük oğlu Yakov Cuqaşvili geri dönməyib. O əsir götürülən kimi öldürülüb, yoxsa Qərbə aparılıb – bütün bunlar heç kimə məlum deyil.
Qohumları uzun müddət Yakovun ölümünə inanmayıb. Bacısı Svetlana qardaşının sağ olduğuna əmin idi. Hətta o Yakovun Amerika ya da Kanadada yaşadığını yazıb. Svetlana daxildən bir səsin bunu ona diqtə etdiyini deyirdi.
Müharibədən sonra Qərbdə də Yakov Cuqaşvilinin sağ olduğuna əmin idilər. Hətta bunu sübut etmək üçün bir neçə versiya da irəli sürülürdü.
Belə ki, TASS-ın 1945-ci ildə Stalin və Molotova təqdim etdiyi hesabatda deyilir ki, Londonda gələn radioqramda almanların kral Leopold, Çörçelin qohumu, Stalinin oğlu və general Buru girov kimi saxladığı məlum olub. Hətta general Burda Sovet Ittifaqına qarşı çıxış etmək tələb olunsa da, o bundan imtina edib.
Digər bir mənbənin yazdığına görə, 1945-ci ilin mayın 23-də konslagerlərin birində azad edilən Yakov Cuqaşvili Isveçrəyə gedib. Belə ki, Romadan gələn radioməlumatda deyilir ki, müharibəyə baş leytenant kimi gedən Yakov əsirlikdə mayor kimi çıxıb və artıq Sürixdədir.
Yakovun Isveçrədə olması ilə bağlı 1949-cu ildə Danimarkada nəşr edilən qəzetlərin birində də məlumat gedib. Belə ki, “Informaşon” qəzeti Stalinin övladları barədə məqalə dərc edib və orda Yakova da geniş yer ayrılıb. Qəzet SSRI rəhbərinin böyük oğlunun sağ olduğunu iddia edirdi.
Isveç qəzetlərinin birində dərc edilən məqalədə isə yazı müəllifi Yakov Cuqaşvili ilə şəxsən tanış olduğunu və onun atasına qarşı müxalif mövqedə olduğunu iddia edirdi. “Arbetaren” qəzeti yazırdı: “Müharibə vaxtı almanların əsir götürdüyü sovet ittifaqı rəhbəri Stalinin böyük oğlu Isveçrədə mühacirət həyatı yaşayır. Yakov Cuqaşvili hər zaman atasına müxalif mövqedə dayanması ilə fərqlənib”.

 

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button