2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Stil: “Bakıda COP29 sessiyası iqlim maliyyələşdirilməsi  məsələlərinə həsr olunacaq”

Fevralın 2-də Azərbaycan prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib.

Dövlət başçısının saytı bildirib ki, Stil deyib ki,  BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır və İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 29-cu sessiyasına hazırlıq işlərilə əlaqədar Azərbaycan tərəfilə müzakirələr aparır

Əliyev öz növbəsində vurğulayıb ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsiə yaxından əməkdaşlıq etməyə hazırdır.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət başçısı qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə, COP-un tarixində yeni bir inkişafdır.

Onun fikrincə, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcək. 

Stil COP çərçivəsində Azərbaycanın sədrliyinin çox mühüm mövzuya – iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu və bunun COP-un gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu qeyd edərək, bu xüsusda çoxtərəfli diplomatiyanın və bütün tərəfdaşlarla inklüziv şəkildə işin aparılmasının vacibliyinə toxunub.

Əliyev deyib ki, Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim çox fəal siyasət yürüdüb.

Görüşdə COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri, COP29 və COP30-a müvafiq olaraq ev sahibliyi edəcək Azərbaycan və Braziliya arasında üçtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button