2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Stoltenberq: “Türkiyə heç vaxt NATO birliyinə qarşı addımlar atmayacaq”

“Türkiyə heç vaxt NATO-un birliyini və kollektiv müdafiəni dağıda bilən addımların atılması təşəbbüsü ilə çıxış etməyəcək”.

Bu bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Cümhuriyyətinin prezidenti Tayyib Ərdoğan bildirib ki, Türkiyə, soyuq müharibədən başlayaraq, NATO-un ayrılmaz hissəsi olub. İttifaqın fəaliyyətinin siyasi və hərbi dəstəyini göstərməyə davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

“NATO-nun gücü və müvəffəqiyyəti o fakta əsaslanır ki, alyansın bir üzvünə hücum baş verərsə, bu, bütün müttəfiqlərdə reaksiya doğuracaq. Və mən tamamilə əminəm ki, Türkiyə heç vaxt kollektiv müdafiəni məhv edə biləcək, eləcə də maddə 5-i (NATO-nun müqavilələrini) poza biləcək heç nə etməyəcək” – deyə Stoltenberq “Hurriyet” nəşrinə müsahibəsində bildirib.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button