2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Strateji Yol Xəritəsi 4 faiz icra olunub

Bu ilin yanvar-iyun ayları ərzində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndəəyyən edilmiş tədbirlərin 4%-nin icrası tamamlanıb, 50%-nin icrası üzrə işlərə başlanılıb.

Bu  barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirməsinə dair hesabatda  deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, bank sektorunun hərtərəfli diaqnostikası aparılıb, kapital çatışmazlığı olan bir sıra bankların restrukturizasiyasına dair tədbirlər planları hazırlanıb. Qiymətli kağızlar bazarında listinqi məhdudlaşdıran amillərin təhlili aparılıb, sahiblik düşüncə tərzinin dəyişdirilməsi istiqamətində layihə həyata keçirilib. Fərdi və institusional investorlara stimulların müəyyən edilməsi, məlumatların açıqlanması və şəffaflığın təmin edilməsi üzrə beynəlxalq təcrübə öyrənilib. Eyni zamanda xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması məqsədilə beynəlxalq depozitar institutları olan “Euroclear” və “Clearstream” tərəfindən aparılan klirinq-hesablaşma sistemlərinin öyrənilməsinə, həmin təşkilatların MDM-ə üzv olması üzrə müzakirələrə başlanılıb. Banklararası bazarın inkişafını məhdudlaşdıran amillər beynəlxalq təcrübə əsasında təhlil edilib, sorğular vasitəsilə bank sektoru nümayəndələrinin banklararası bazar barədə fikirləri öyrənilib. Monetar islahatlar proqramının layihəsi çərçivəsində banklararası bazarın aktivliyinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulub.

Kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası istiqamətində iş aparılmayıb.

Qeyd olunur ki, “Banklar haqqında” qanuna edilən dəyişikliklərdə nəzərdə tutulmuş qaydaların hazırlanması və kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası üzrə işlər sürətləndirilə bilər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button