2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sumqayıtda 22 nömrəli məktəbin direktoru “at oynadır” – RƏZALƏT

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 13, 14 saylı seçki məntəqələrinin kollektivi adından Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət məktubu ünvanlanıb. Bir surəti də redaksiyamıza göndərilən həmin məktubu olduğu kimi təqdim edirik:
Hormətli Məzahir müəllim!
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin tərkibinə daxil olan 13 və 14 saylı seçki mənrtəqələri Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdədir. Məktəbin direktoru Səfərova Tahirə həm də 13 saylı seçki məntəqəsinin sədridir. Hər 2 mətəqədə məktəbin müəllimləri var. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar 2017-ci ilin 11 yanvarından 30 yanvarınadək məntəqə işinə cəlb edildik.
İşlədiyimiz 20 gün üçün ortalama 70 manat maaş aldıq. Maaşımızı alar-almaz seçki məntəqəsinin sədri Səfərova Tahirə 43 saylı üçüncü seçki dairəsi adına məntəqədə işləyən müəllimlər olaraq hər birimizdən 20 manatdan pul yığdı. Seçkidə olduğumuz 20 gün ərzində bəzilərimiz dərs saatlarımızı keçdiyimiz üçün buna görə də maaşımızın bir qisminə də əl qoyub. Məktəbin direktoru olduğundan hər 2 məntəqə buna etiraz edə bilmədi. Bizə deyir “qulaqlarınızda sırğa edin, bu iş müvəqqətidir, öz işiniz isə daimi yenə mənə tabesiniz”
Sonradan digər məntəqələrdəki müəllimlərlə əlaqə saxladıq. Onlardan bir manat da olsun pul tələb edən olmayıb. Seçki qanunlarına əsasən Tahirə Səfərova məntəqə sədri ola bilməz. Onun qeydiyyatda olduğu ünvan 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin hüdüdlarına daxil deyil.
Xahiş edirik tədbir görəsiniz”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün 43 saylı seçki dairəsinin fonlarına zəng etsək də, cavab verən olmadı.,
xeberle.com/

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button