Loading...
Loading...
Siyasət

Suriyada daha bir Türkiyə-Rusiya qarşıdurması ola bilər?

Reuters yazır ki, Rusiya Türkiyənin Suriyaya mümkün müdaxiləsinə qarşıdır və Türkiyə ilə bu barədə danışıqlara hazırlaşır
Suriyanın şimalındakı Rusiya və Suriya qoşunları gücləndirilir. Türkiyə az əvvəl bu ərazidən kürd yaraqlıları çıxarmaq məqsədilə hərbi əməliyyat keçirəcəyini bəyan etmişdi.
Reuters yazır ki, Rusiya Türkiyənin Suriyaya mümkün müdaxiləsinə qarşıdır və Türkiyə ilə bu barədə danışıqlara hazırlaşır.
Prezident Recep Tayyip Erdoğan iki həftə bundan əvvəl bildirmişdi ki, onun ölkəsinin silahlı qüvvələri Türkiyə sərhədi boyunca Suriyanın ərazisində 30 kilometrlik bufer zolağının yaradılması məqsədilə hərbi müdaxilə edəcək.
Erdoğan xüsusi olaraq Mənbic və Tel Rifat regionlarının adlarını vurğulmışdı.
Rusiya ötən həftəsonu Türkiyəni belə bir əməliyyatdan çəkindirmək üçün xəbərdarlıq edib.
Reuters xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də danışıqlar aparmaq üçün Ankaraya yola düşəcək.

Ehtiyatlı oyun
Rusiya və Türkiyə arasında sıx bağlar var və Ankara Ukraynada müharibənin dayandırılması üçün Moskva və Kiyev arasında vasitəçi olmağa can atır.
Buna baxmayaraq Suriyada Moskva və Ankaranın maraqları daban-dabana ziddir.
Onlar Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər.
Reuters yazır ki, Suriyaya daha bir hərbi müdaxilə üçün Erdoğana Putinin heç olmasa “üstüörtülü” razılığı lazımdır. Əks halda müdaxilə edən Türkiyə qüvvələri ağır itkilərə məruz qala bilər.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, kürd silahlılar və Suriya hökumət qüvvələri Türkiyənin hücumlarını birlikdə dəf edəcəkləri barədə razılığa gəliblər.
Rusiya və Türkiyə indiyədək Suriyada bir-birilə ehtiyatlı oyun oynayıblar. Buna baxmayaraq zaman-zaman vəziyyət onların arasında birbaşa toqquşma həddinə çatıb.
Reuters yazır ki, hələki sərhəd boyunca Türkiyənin müdaxilə edəcəyini göstərən əhəmiyyətli qoşun cəmləşdirilməsi müşahidə olunmayıb.
Lakin son iki həftədə qarşılıqlı raket atışmalarının intensivləşdiyi xəbər verilir.

Rusiya mövqelərini möhkəmləndirir
Türkiyə bildirir ki, onun nəzərdə tutulan hərbi əməliyyatından məqsəd kürdlərin YPG özünümüdafiə qüvvələrini sərhəddən geri oturtmaqdır.
Digər tərəfdən Türkiyənin PKK-nın bir qolu hesab etdiyi YPG ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) özəyini təşkil edir.
Digər tərəfdən Türkiyənin PKK-nın bir qolu hesab etdiyi YPG ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) özəyini təşkil edir.

Suriyadakı Rusiya hərbi qüvvələri

24 saat” “
Suriyada daha bir Türkiyə-Rusiya qarşıdurması ola bilər?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Boris Conson vəzifəsində qaldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button