Bizim tərcüməDünya

Tələbə qızların şəklini gizlicə çəkən həkimdən təəccüblü söz! “Peşəkar mövqeyimdən istifadə etdim”

Yaponiyada sağlamlıq müayinəsi üçün getdiyi Osaka və Hyoqo prefekturalarında orta və liseylərdə oxuyan qızları gizli şəkildə videoya çəkən 34 yaşlı həkim Hirokazu Sato “uşaq pornoqrafiyası” qanununu pozmaqda ittiham edilərək həbs edilib.

Polis mənbələrindən əldə edilən məlumata görə, ötən ilin iyun ayında Osakada yeraltı bazarda təcavüzdə şübhəli bilinərək saxlanılaraq sərbəst buraxılan Satonun cib telefonu və yaddaş kartı istintaq üçün müsadirə edilib.

Ətraflı müayinədə Satonun tibbi müayinədən keçdiyi müxtəlif məktəblərdən 14 qız şagirdin gizli şəkildə şəkillərini çəkdiyi müəyyən edilib.

Dünən həbs edilən həkim ilk ifadəsində “peşəkar mövqeyimdən istifadə etdim” deyərək ittihamları etiraf edib.

Həmin şəxsin həkim işlədiyi başqa məktəb və müəssisələrdə də eyni cinayəti törədib-törətməməsinin müəyyən edilməsi üçün ətraflı araşdırmalara başlanılıb.

İHA

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Sosial media bu görüntüdən danışır! Yumruqla vurulan gənc qız huşunu itirib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button