2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

"Təcavüzkar cavab verməlidir": ABŞ Rusiya aktivlərindən Ukrayna üçün istifadə edilməsilə bağlı Avropa İttifaqının addımlarını alqışlayır

Bazar ertəsi ABŞ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya verilməsi məsələsinin nəzərdən keçirilməsilə bağlı Avropa İttifaqının qərarını yüksək qiymətləndirib.

“Avropa İttifaqının Rusiyanın aktivlərindən ukraynalıların xeyrinə istifadə etmək üçün atdığı istənilən addım  bizi ruhlandırır”, – brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyü Miller Turan-ın sualını cavablandırarkən deyib.

Dünən Avropa İttifaqı Ukraynanın bərpası üçün puldan istifadəyə dair ilk addım kimi  qanun qəbul edib. Qanun Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən mənfəətin istifadəsini nəzərdə tutur.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə ABŞ Rusiya aktivlərinin müsadirə olunmasını təklif etmişdi, lakin Avropa İttifaqının  məmurları hüquqi baxımdan bunu çox riskli hesab ediblər.

“Biz Rusiyanı Ukraynaya qarşı təcavüzə son qoymağa və dəymiş ziyanı ödəməyə məcbur etməkdən ötrü əlavə addımlar atmaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla, o cümlədən “Böyük yeddilik” ilə fəal danışıqları davam etdiririk”, – Miller deyib.

Xatırladaq ki, 2022-ci ildə Avropa İttifaqı və G7 ölkələri Rusiya Mərkəzi Bankının 320 milyard dollardan çox aktivini dondurublar.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button