2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

TƏCİLİ – ABŞ 35 rusiyalı diplomatı qovdu

24saat.org saytı xəbər verir ki, “Ağ Ev” Rusiyanın Amerika seçkilərinə kiber hücum yolu ilə müdaxilə etdiyi və Rusiyadakı bəzi amerikalı diplomatlara “təcavüz” iddiaları ilə Obamanın Moskvaya qarşı tətbiq etdiyi sanksiya qərarlarını açıqlayıb.

İlk dəfə iyul ayında Demokratlar Partiyası tərəfindən gündəmə gətirilən “Rusiyaya bağlı haker hücumu” iddiaları ictimai kəsim arasında uzun müddət müzakirə predmetinə çevrilmişdi. 7 oktyabrda ABŞ-ın Təhlükəsizlik Departamenti ilə Mərkəzi Kəşfiyyat İdarəsi partiyanın təşkilatlarına və seçki kampaniyalarına kiber hücum edilməsinin arxasında Rusiyanın dayandığını rəsmən elan edib.

Ötən həftə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayan Obama çıxında bunun qarşılığında qat-qat artıq cavab verəcəklərini bildirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ rəhbərliyi “prezident seçkilərinə kiber hücum iddiaları” çərçivəsində Maryland və New York əyalətlərində Rus hökumətinə aid iki nümayəndəliyin sabaha qədər boşaldılmasını tələb edib.

ABŞ adları açıqlayıb

ABŞ hökuməti kiber hücum iddiaları ilə bağlı olaraq 6 nəfər yüksək çinli Rusiya məmurunun və 5 Rus təşkilatının adını da ilk dəfə ictimaiyyətə açıqlayıb. Adı açıqlanan Rus səlahiyyətlilərdən ikisinin Rus kəşfiyyatında, dördünün isə rus hərbi kəşfiyyatında çalışan şəxslər olduğu bildirilir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button