2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Tərtər işi” üzrə fiqurantlara işgəncə verənlərə hökm oxunub

Məhkəmə hərbi hissənin keçmiş komandiri Vüsal Ələsgərovu, həmin hissənin keçmiş qərargah rəisi Rəşid Niftəliyevi və möhlətli hərbi qulluqçu Ramil Qarayevi 5,6 il müddətinə azadlıqdan məhrum edib. Daha bir möhlətli əsgər Rüstəm Ələsgərov 9,5 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Azərbaycan Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrumetmə), 293.3-cü (işgəncə və qeyri-insani rəftarın digər formaları və ya ləyaqəti alçaldan rəftar), 341.2.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə təqsirli biliniblər.

Əsasən onlar 2017-ci ilin aprel-may aylarında Tərtər qarnizonunda saxlanılan hərbi qulluqçulara işgəncə verməkdə ittiham olunublar.

Saytların yığılması Saytlarin yigilmasi

İttiham aktına görə,  hərbi hissənin komandiri Vüsal Ələsgərov “zabitlərdən ibarət qrup yaradıb və düşmən üçün çalışan hərbçiləri ifşa etmək  və komandanlıq qarşısında öz nüfuzunu artırmaq üçün onlardan istifadə edib”.

İfadə almaq üçün şübhəlilərə müxtəlif  işgəncələr tətbiq edilib, ittihamda deyilir.

Xatırladaq ki, söhbət 2017-ci ilin yazında baş vermiş hadisələrdən gedir. Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və təxribat hazırlamaqda ittiham olunan bir qrup hərbçi və mülki şəxsi həbs olunub. İstintaq zamanı səkkiz nəfərə ölənə qədər əziyyət edilib. lakin ölümündən sonra onlara bəraət verilib.

Onlarla adam mühakimə olunaraq müxtəlif  müddətə azadlıqdan məhrum edilib, lakin sonradan bəraət alıb. Ancaq  bir neçə hərbçi hələ də həbsdədir.- 06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button